Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan–2018” keçirilib

Naxçıvan, 14 iyun, AZƏRTAC

İyunun 14-də Naxçıvan Biznes Mərkəzində VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan–2018” keçirilib.

Forum iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib və Biznes Mərkəzi ilə tanış olublar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, forumda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının iqtisadiyyat şöbəsinin müdiri Rafiq Novruzov iştirakçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun adından salamlayaraq forumun fəaliyyətinə uğurlar arzulayıb. Bildirib ki, VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan–2018” ölkəmiz üçün çox əlamətdar bir tarixdə – Milli Quruluş Günü ərəfəsində keçirilir. Düz 25 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtması ilə müstəqil Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsindən xilas edildi. Məhz həmin dövrdən başlayaraq ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində tərəqqinin əsası qoyuldu. Ulu Öndərin müəllifi olduğu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda ölkəmiz və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası yeni bir mərhələyə – dinamik və davamlı inkişaf mərhələsinə qədəm qoyub, geniş sahibkarlar təbəqəsi formalaşıb, sosial-iqtisadi inkişafda özəl bölmənin rolu daha da artıb.

“Məhz bu inkişafın nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası dövlətimizin başçısının rəhbəri olduğu “Caspian European Club”un 2017-ci il üçün 18 parametr üzrə tərtib etdiyi investisiya reytinqinin lideri olub”, – deyən Rafiq Novruzov qeyd edib ki, muxtar respublikamız bu uğura Prezident İlham Əliyevin göstərdiyi böyük diqqət və qayğı, Ümummilli Liderin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda Ali Məclis Sədrinin gərgin zəhməti sayəsində nail olub. Artıq 28 ilə yaxındır ki, blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada ictimai-siyasi sabitlik və dayanıqlı inkişaf təmin edilib, enerji və ərzaq təhlükəsizliyinə nail olunub.

Forumda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, nailiyyətlər və perspektivlər” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov bildirib ki, həyata keçirilən quruculuq tədbirləri, iqtisadi və sosial sahədə əldə olunan nailiyyətlər Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ən qabaqcıl, inkişaf etmiş bölgəsinə çevirib. 1995-ci ildən başlayaraq muxtar respublika iqtisadiyyatının əsas sahələrinin, o cümlədən sənayenin, tikintinin, kənd təsərrüfatının, nəqliyyat və rabitənin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət məhsul istehsalının artımına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərib, iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam edərək 2017-ci ildə ümumi daxili məhsulun həcmi 2 milyard 701 milyon 663 min manata, onun hər bir nəfərə düşən həcmi isə 5 min 990 manata çatıb.

Vurğulanıb ki, hazırda muxtar respublikada 382 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi məhz iqtisadiyyatın diversifikasiyası, sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olub. Davamlı inkişafı təmin edən və iqtisadiyyatın diversifikasiyasını sürətləndirən amillərdən biri də muxtar respublikada yaradılmış əlverişli biznes və investisiya mühitidir. Naxçıvanda fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən kreditlər üzrə tətbiq olunan faiz dərəcələrinin ölkə üzrə ən aşağı səviyyədə olması da özəl sektor üçün əlverişli şərait yaradıb. Muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşunun həcmi 2017-ci ildə 31 milyon 314 min manat təşkil edib. Bu dövr ərzində sahibkarlara 10 milyon manatdan çox kredit verilib ki, bunun 1 milyon 978 min manatı Sahibkarlığa Kömək Fondunun payına düşüb. Eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması, dövlətin dəstəyi sahibkarlığın inkişafına təkan verib, orta sahibkar təbəqəsi formalaşıb, ÜDM-də özəl sektorun payı 89 faizə çatıb.

Famil Seyidov muxtar respublika iqtisadiyyatının diversifikasiyasının və dinamik inkişafının xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir etdiyini, 2017-ci ildə xarici ticarət dövriyyəsinin 459 milyon 889 min ABŞ dollarına çatdığını, xarici ticarətdə 386 milyon 751 min ABŞ dolları həcmində müsbət saldo yarandığını bildirib. Qeyd edib ki, bu gün muxtar respublika 50-dən çox xarici ölkə ilə ticarət əlaqələri yaradıb. Naxçıvanda istehsal olunan yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları bu gün Türkiyə, Rusiya, Latviya, Ukrayna, Qazaxıstan, Çin, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İran və İraqa ixrac edilir.

“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev “Caspian European Club”un Azərbaycan regionlarının inkişafında rolu” mövzusundakı çıxışında deyib ki, ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, sahib olduğu karbohidrogen sərvətlərinin qeyri-neft sektoruna yönəldilməsi və dövlətimizin uğurla həyata keçirdiyi regional inkişaf strategiyası Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində mümkün olub. Vurğulanıb ki, 2017-ci ilin göstəricilərinə əsasən, Naxçıvan Muxtar Respublikasının lider olması çox əhəmiyyətli hadisədir və bu, qədim diyarda həyata keçirilən iqtisadi və sosial siyasətin uğurlu nəticəsi kimi qiymətləndirilir. Naxçıvanın ixrac potensialının artması, yerli məhsullar istehsal edən yeni müəssisələrin yaradılması onun investisiya cazibədarlığından xəbər verir. Telman Əliyev forumun əhəmiyyətindən danışaraq, “Caspian European Club”un gələcəkdə də naxçıvanlı sahibkarlara işgüzar dəstək verəcəyini qeyd edib.

“Naxçıvan Muxtar Respublikasında sahibkarlıq və sənayenin inkişafı” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov bildirib ki, Naxçıvanda sahibkarlığa dövlət dəstəyi xüsusən kiçik və orta sahibkarlığın inkişafına güclü təkan verib. Dövlətin sahibkara sahib çıxması muxtar respublikada iqtisadiyyatın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına öz töhfəsini verib, iqtisadiyyatın çoxşaxəli inkişafını təmin edib. Bu zaman iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişafı xüsusilə diqqəti çəkir. Belə ki, muxtar respublikada sənaye məhsulunun həcmi 2017-ci ildə 967 milyon manata, bu sektorda çalışanların sayı isə 16,2 min nəfərə çatıb. Qeyd edilən sahədə inkişaf əsasən özəl investisiya qoyuluşları hesabına olub. Belə ki, hazırda sənaye məhsulu istehsalında özəl bölmənin payı 95,8 faiz təşkil edir. Sənaye sektorunda əsas kapitala yönəldilmiş investisiyalar son on ildə 4,5 dəfə artıb.

Naxçıvan Muxtar Respublikasında investisiya və biznes fəaliyyəti barədə perspektiv planlardan bəhs edən “Caspian European Club”un İdarə Heyətinin üzvü Avni Dəmirçi bildirib ki, bu sahədə əldə olunmuş nailiyyətlərdə bank sektorunun uğurlu fəaliyyətinin mühüm əhəmiyyəti var. O, təmsil etdiyi Türkiyə Ziraat Bankının böyük təcrübəyə malik olduğunu və ölkəmizin digər regionları ilə bərabər yaxın perspektivdə Naxçıvanda da bu sahəyə kredit dəstəyi göstərmək istədiklərini bildirib.

Daha sonra “Nəqşicahan Holdinq” Şirkətlər Qrupu MMC-nin direktoru Mübariz Vəliyevin “Naxçıvan İslam Mədəniyyəti Paytaxtı – 2018” turizm üçün yeni perspektivlər”, “Ləzzət Qida Sənaye” MMC-nin direktoru Teymur Rzayevin “İxrac potensialı, perspektiv bazarlar və nailiyyətlər” və “Caspian European Club”un İdarə Heyətinin üzvü Vüqar Eyvazovun “Naxçıvan Muxtar Respublikasında investisiya və biznes fəaliyyəti barədə perspektiv planlar” mövzularında çıxışları dinlənilib.

Çıxışlardan sonra müzakirələr keçirilib. Tədbirdə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında əldə olunmuş nailiyyətlərlə bağlı film nümayiş etdirilib.

Günün ikinci yarısında forum iştirakçıları Naxçıvan şəhərindəki tarixi abidələrlə tanış olub, istehsal və xidmət sahələrinə baş çəkiblər.

Qeyd edək ki, forumda Naxçıvanda səfərdə olan Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leukan və naxçıvanlı sahibkarlar iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapdı

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib