CƏMİYYƏT
“Neftqaztikinti” trestinin 4 saylı tikinti-quraşdırma bölümündə istehsalat qəzası baş verib
Bakı, 27 iyul, AZƏRTAC
“Neftqaztikinti” trestinin 4 saylı tikinti quraşdırma bölümündə istehsalat qəzası baş verib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 26-da saat 18:00 radələrində Palçıq pilpiləsi yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskavator-kranla dirək borusu (svay) qaldırılarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb və 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub. N.Məmmədovun cəsədi dalğıclar tərəfindən dənizdən çıxarılıb, lazımi prosedurlar aparılıb.
Hadisənin başvermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır. Əlavə məlumat veriləcək.