İQTİSADİYYAT
Nərimanov rayonunda fəaliyyət göstərən qənd sexində istehsal dayandırılmışdır
Bakı, 2 mart (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2113-cü məhəllə, 507k ünvanında fəaliyyət göstərən fiziki şəxs Həsən Kərimova məxsus qənd istehsalı sexində dövlət nəzarəti aparılmışdır.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müəssisədə antisanitar vəziyyətdə məhsul istehsalı aparıldığı müəyyən olunmuşdur. Texnoloji prosesə əməl olunmadan kustar üsulla hazırlanmış məhsulların insan sağlamlığına təhlükəsiz olmasını təsdiq edən sənədlər olmamışdır.
Aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisədə istehsal fəaliyyəti dayandırılmışdır.