İQTİSADİYYAT
Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi üçün vəsait ayrılmışdır
Bakı, 12 iyul (AZƏRTAC). Prezident İlham Əliyev iyulun 12-də 22 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi üçün ilkin olaraq 6 milyon manat vəsaitin ayrılması barədə Sərəncam imzalamışdır.
Sərəncamda bildirilir ki, bu məbləğ Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitindən ayrılacaqdır.
Maliyyə Nazirliyinə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılmışdır.