CƏMİYYƏT
Oğurluq etmiş şəxslər saxlanılmışlar
Bakı, 12 aprel (AZƏRTAC). Martın 31-də paytaxt sakini Ziya Kazımovun mənzilindən noutbuk, mobil telefon, videokamera, qızıl və geyim əşyalarını oğurlamış Hacıqabul rayon sakini Xələş Həşimov və Bakı sakini, əvvəllər məhkum olunmuş Azad İbrahimov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılmışlar.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları isə martın 30-da Rüfət Hacıyevə məxsus çörəkbişirmə sexindən açar seçmək yolu ilə ümumi çəkisi 600 kiloqram olan 12 kisə unu oğurlamış Gəncə şəhər sakini Natiq Xanzadəni yaxalamışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.