DÜNYA
Oktyabr ayında Ukrayna banklarının mənfəəti rekord səviyyədə olmuşdur
Kiyev, 22 noyabr (AZƏRTAC). Keçən ay Ukrayna bank sistemi 1,02 milyard qrivna (1ABŞ dolları 8,00 qrivnaya ekvivalentdir) mənfəət əldə etmişdir. Bu göstərici cari ilin əvvəlindən bəri aylıq rekorddur. Oktyabr ayında bankların xalis mənfəəti 37 faiz artmışdır.
“Kommersant-Ukraina” xəbər verir ki, oktyabr ayında yüksək mənfəət əldə edilməsi əsasən faiz gəlirlərinin artması sayəsində mümkün olmuşdur. Belə ki, oktyabr ayında faiz gəlirləri 10,4 milyard qrivna və ya sentyabr ayının göstəricisi ilə müqayisədə 0,6 milyard qrivna çox olmuşdur. Ehtiyat ayırmaların azaldılması da bankların rentabelliyinə müsbət təsir göstərmişdir. Oktyabr ayında bu məqsədlər üçün xərclər sentyabrdakına nisbətən 0,34 milyard qrivna az olmuşdur.
Bu amillərin məcmusu sayəsində bankların xalis mənfəəti 37 faiz artaraq 3,79 milyard qrivnaya bərabər olmuşdur. Bundan əvvəl ən yüksək mənfəət (683 milyon qrivna) iyul ayında qeydə alınmışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]