Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ombudsman aparatında Xocalı soyqırımının qurbanları yad edilmişdir
Moldovanın ombudsmanı Aureli Qriqoriu tədbirdə iştirak etmişdir

Bakı, 25 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Ölkəmizdə bu faciə ilə bağlı keçirilən anım mərasimlərinə Moldovanın Parlament Vəkili (Ombudsman) Aurelia Qriqoriu da qatılmışdır.

AZƏRTAC xəbər verir ki, Ombudsman Elmira Süleymanova A.Qriqoriunu və digər qonaqları salamlamış, moldovalı həmkarını Azərbaycanda görməkdən məmnunluğunu bildirmişdir. O, bu görüşün həm də Xocalı icmasının nümayəndələrinin istəyi ilə baş tutduğunu diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, İnsan hüquqlarının müdafiəsini həyata keçirən A. Qriqoriu Ermənistanda keçirilmiş beynəlxalq konfransda “Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması” mövzusunda çıxışında Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini söyləmiş, dünya birliyi tərəfindən qəbul edilmiş faktları, əsl həqiqəti səsləndirmiş, Ermənistan tərəfinin təzyiqləri ilə üzləşmişdir.

Müvəkkil moldovalı həmkarının Ermənistandakı çıxışının ədalətli, obyektiv və insanlıq mövqeyinin bariz nümunəsi olduğunu, beynəlxalq normativ hüquqi aktlara, BMT-nin məlum dörd qətnaməsinə əsaslandığını söyləmişdir.

Bildirilmişdir ki, Xocalı soyqırımından 22 il ötsə də, dünya dövlətləri bu terror aktı ilə bağlı uzun müddət susmuş, qətliamın soyqırımı kimi tanınmasında ikili standartlardan çıxış etmişlər. Müvəkkil bu soyqırımı nəticəsində soydaşlarımızın əsas insan hüquqlarının, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququnun kütləvi şəkildə, kobudcasına pozulduğunu söyləmişdir. O, hazırda Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində Azərbaycanın səylərinin ildən-ilə daha çox dəstəkləndiyini, artıq bir çox ölkələrin parlamentlərində bu faciənin soyqırımı kimi tanındığını bildirmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasının Qarabağ haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Tədbirdə Xocalı sakinləri Göyüş Həsənov, Fiqurə Rüstəmova, Ayna Novruzova, Sahidə Ələkbərova, Qarabağ müharibəsi veteranı Sevda Səfərova və başqaları çıxış edərək, erməni millətçiləri və onların havadarları tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları törədildiyi, minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirildiyi, Xocalı soyqırımının bunun bariz nümunəsi olduğunu diqqətə çatdırmışlar. Şahidlər öz yaxınlarını, doğmalarını itirdiklərini, faciə baş verərkən dinc insanların vəhşiliklə öldürüldüyünü, əsir və girov götürülənlərə amansız işgəncələr verildiyini söyləmişlər. Onlar xocalıların uzun müddət mühasirədə qalması, məhrumiyyətlərlə üzləşməsi, bu şəhəri qoruyan özünümüdafiə batalyonu döyüşçülərinin hünəri barədə danışmışlar.

Çıxış edənlər qanlı hadisələri törədənlərin cəzasız qalmayacağına əminlik ifadə etmiş, Ermənistan Parlamentində Moldova Ombudsmanı A.Qriqoriunun çıxışını Xocalı sakinlərinin də rəğbətlə və minnətdarlıqla qarşıladığını bildirmiş, Azərbaycan həqiqətlərini sərbəst şəkildə, cəsarətlə söylədiyinə, fəal vətəndaş mövqeyi nümayiş etdirdiyinə görə ona təşəkkür etmişlər.

A.Qriqoriu Ermənistanda hüquqlarının pozulması və ona qarşı zorakılıqlarla bağlı Azərbaycan Ombudsmanının bəyanat verdiyinə, onu dəstəklədiyinə görə E.Süleymanovaya təşəkkürünü bildirmişdir. Soyqırımı aktının BMT tərəfindən bəşəriyyətə, insanlığa qarşı cinayət kimi tanındığını, odur ki, Xocalı faciəsinin bütün insanlığın faciəsi olduğunu vurğulamışdır. O, bu faciə barədə çoxlarının məlumatsız olduğunu, Ermənistan parlamentindəki çıxışından sonra müxtəlif ölkələrdən olan iştirakçıların ona yaxınlaşaraq Xocalı gerçəkliklərini açıq-aşkar dilə gətirdiyinə görə minnətdarlıq etdiklərini bildirmişdir. A.Qriqoriu Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu və ermənilər tərəfindən işğal edildiyini, Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb edilməsinin və ədalətin bərqərar olunmasının zəruriliyini diqqətə çatdırmışdır. Moldova Ombudsmanı Xocalıda soyqırımı törədənləri cinayət məsuliyyətinə cəlb etmək üçün Yuqoslaviyadakı soyqırımı ilə bağlı tribunal kimi, xüsusi bir tribunalın yaradılmasının məqsədəuyğunluğunu söyləmişdir. O, Azərbaycanın belə bir tribunal yaradılması təşəbbüsü ilə çıxış etməsinin, xocalıların şahidliyi ilə bu qanlı hadisənin əsl mahiyyətinin açılmasının zəruriliyini vurğulamışdır.

A.Qriqoriu 1905-сi ildən etibarən azərbaycanlılara münasibətdə ermənilər tərəfindən tətbiq olunan soyqırımlarının öyrənilməsi üzrə beynəlxalq ekspertlərin iştirakı ilə Qubada tədbirlər keçirilməsini, onların burada yaradılmış “Soyqırımı Memorial Kompleksi” ilə tanış olmasını təklif etmişdir. Xocalı sakinləri bu görüş və fikir mübadiləsi üçün, habelə dünya ictimaiyyətinə erməni təcavüzü və Xocalı soyqırımını tanıtmaqda səylərinə görə Ombudsmana təşəkkürlərini bildirmiş, Şəhidlər xiyabanında Xocalı faciəsini daim xatırladan abidənin yaradılması və bu abidə üzərində faciə qurbanları haqqında məlumatların qeyd olunması təklifini irəli sürmüşlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir

Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

FAO-nun Azərbaycandakı nümayəndəsi: Dünyada bitkilərin sağlamlığı çox ciddi problemlərlə üz-üzədir

DİN: Paytaxt və bölgələrdə keçirilmiş əməliyyatlar nəticəsində 46 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilib

Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib

FAO-nun nümayəndəsi: Müasir həyat tərzimiz bitkilər və onların rifahı üçün təhlükə yaradır

Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir

Nazir müavini: Ölkədə Eldar şamı və zeytun ağaclarında xəstəliklərin miqyasının genişlənməsi müşahidə edilir

Qazaxıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Ötən il fitosanitar sabitliyin təmin edilməsi məqsədilə 636 min hektar sahədə müşahidə aparılıb

Perunda yol-nəqliyyat qəzası nəticəsində səkkiz nəfər ölüb

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı imtahanın vaxtı açıqlanıb

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib

Mirzə Bala Məhəmmədzadənin “Seçilmiş əsərləri” çapdan çıxıb

® Kredit öhdəliyini “Kapital Bank”a gətirənlər üçün əlverişli təkliflər davam edir

“Formula 1”: Məktəblilər Azərbaycan Qran-Prisinə hazırlıq prosesi ilə tanış olublar

Mayın 21-i Beynəlxalq Çay Günüdür

“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub

ŞKTR-in naziri: Azərbaycan parlamenti Lefkoşanın təcridinə son qoyulması istiqamətində mühüm addım atıb

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentdə müzakirəyə çıxarılıb

Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş konfrans keçirilib

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

Azərbaycan Ordusunun hərbi qulluqçuları “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqları icra ediblər VİDEO

Naxçıvanda əmək yarmarkasına 280-dən çox vakansiya çıxarılıb

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir

Baş məşqçi: Hidayət Heydərov dünya çempionluğuna layiq idi

Lətif Qasımov: Bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib

Türkiyənin dövlət strukturlarında fəaliyyət göstərən 44 FETÖ üzvü saxlanılıb

Hidayət Heydərov: Hələ özümə gəlməmişəm, dünya çempionu olduğuma inana bilmirəm

Bakı Mühəndislik Universiteti Türk Universitetlər Birliyinə üzv olub

“Azərişıq” Şəki və Balakəndə elektrik şəbəkəsini yeniləyir

Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı məlumatlandırılıb

DİN: Ötən gün 4 tüfəng təhvil götürülüb

Rusiya İranda baş vermiş helikopter qəzasının təhqiqatında iştirak etməyə hazırdır

Azərbaycan - Kərkük ədəbi əlaqələri yeni müstəvidə

BMT: Baş katib Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir - EKSKLÜZİV

Milli Məclis 11 məsələnin müzakirəsinə başlayıb

Bu gün Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür

“Ağalı” hoteli bölgədə turizmin inkişafına təkan verəcək

Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır, 4-ü medal qazana bilər

Çexiyada göy öskürəyə 15 minə yaxın yoluxma halı qeydə alınıb

Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür

Hər il bitki zərərvericiləri və xəstəlikləri kənd təsərrüfatı məhsullarının 40 faizinin itkisinə səbəb olur

Qoşqar Təhməzli: “Bitki sağlamlığı haqqında” qanun layihəsi razılaşdırılması üçün digər qurumlara göndərilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib  YENİLƏNƏCƏK

AQTA sədri: Ötən il bitki sahəsində ixracatçı ölkələrə 829 bildiriş göndərilib

Dünya Təhsil Forumu çərçivəsində ikitərəfli görüşlər keçirilib

Azərbaycan paraatletləri dünya çempionatında 3-cü qızıl medalı qazanıblar

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib YENİLƏNƏCƏK VİDEO

Bakıda “Yaşıl Dünya Naminə” Bitki Sağlamlığı Forumu keçirilir

Dünya birjalarında neft ucuzlaşıb

İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək

ADAU-da Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir keçirilib

İlk mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfər köçürüləcək

Azərbaycan neftinin bahalaşması davam edir

Tarixin ən bahalı numizmatika kolleksiyası hərraca çıxarılır

Neftçalada narkokuryer saxlanılıb

Sabah müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başa çatır

“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti Çində səfərdədir

Sabirabadda oğurluqda şübhəli bilinənlər saxlanılıb

30 il ərzində Xəzər dənizi iki metrdən çox dayazlaşıb

ABŞ-da “Tesla Model X” elektromobillərinin təhlükəsizlik kəmərlərinə görə yoxlanılması başa çatıb

Türkiyədə arxeoloqlar ilahə Higeyanın heykəlinin başını aşkar ediblər

Yaşar Gülər: Müdafiə sənayesi məhsullarının istehsalı Türkiyə üçün həyati vacib məsələdir

Yeni Kaledoniyada polisləri hərbçilər əvəz edəcək

“Google” Finlandiyada məlumat mərkəzini genişləndirmək üçün 1,1 milyard dollar xərcləyəcək

Almaniyanın təşəbbüsü çərçivəsində Ukraynanın HHM sistemi gücləndiriləcək

Kosovonun şimalında Serbiya bankının filialları bağlanıb

Vatikan Papa Fransiskin builki xarici səfərlərinin cədvəlini açıqlayıb

İtaliyada zəlzələ baş verib

Bayden: BCM prokurorunun İsrail liderlərinə qarşı həbs orderi tələbi təhqiredicidir

Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib

Bakıda Milli Metrologiya Forumu keçirilib

Azərbaycanın paytaxtında Tacikistan Mədəniyyəti Günləri keçirilir

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir

Azərbaycanla Tacikistan arasında əməkdaşlıq imkanları müzakirə edilib

İran Prezidentinin vəfatı ilə əlaqədar Türkiyədə matəm elan edilib

Rəcəb Tayyib Ərdoğan İran Prezidentinin vəzifəsini icra edən Məhəmməd Moxberlə telefonla danışıb

ABŞ İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib

Masallıda qətldə şübhəli bilinən şəxs saxlanılıb

COP29 Sədrliyinin nümayəndələri ilə görüş keçirilib

Tacikistan Rəssamlar İttifaqının sədri: İncəsənət xadimləri xalqlarımızın dostluğuna töhfə verməyə çalışırlar

Bakıda “Tacik Kinosu Günləri”nin açılış mərasimi olub

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsi başa çatıb

Hidayət Heydərov dünya çempionatının qalibi olub VİDEO

Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Bakıda TDT çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinə həsr edilmiş tədbir təşkil olunub

Naxçıvanda “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib

BMT-nin Baş katibi İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib

Malayziyada Ulu Öndər Heydər Əliyevə həsr olunan şahmat turniri təşkil edilib VİDEO

Latviya Seyminin sədri: Azərbaycan-Ermənistan sülh danışıqlarının uğurla yekunlaşacağına inanırıq

“Qarabağın rəngləri” layihəsinin qala gecəsi təşkil olunub

Naxçıvanda bodibildinq üzrə muxtar respublika birinciliyi keçirilib