Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən əsrlərdə ermənilərin Qarabağla heç bir dini, mədəni və mənəvi bağlılığı olmayıb - ARAŞDIRMA

Ötən əsrlərdə ermənilərin Qarabağla heç bir dini, mədəni və mənəvi bağlılığı olmayıb -  ARAŞDIRMA

Bakı, 21 oktyabr, AZƏRTAC

Ermənistan və onun havadarlarının, Qarabağ sakinlərinin mürəkkəb inanclar kompleksini genetik elementlərə parçalamaq, onları kökündən qoparıb yaranan boşluqları ermənilərlə doldurub “erməni xalqı” adlı yeni millət “formalaşdırmaq” planı Birinci Qarabağ müharibəsindən sonrakı 28 ildə dünya güclərinin təsiri ilə gündəm oldu. Hətta 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsindən (Azərbaycanın Ermənistan üzərindəki qələbəsindən) sonra da bəzi dövlətlər tərəfindən açıq şəkildə Qarabağ ermənilərinə hansısa status verilməsi barədə ölkəmizə davamlı təsirlər göstərilməyə başlanıldı.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Ermənilərin keçən əsrlərdə Qarabağla heç bir dini mədəni və mənəvi bağlılığı olmayıb” adlı yazısında bildirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Ermənilərin keçən əsrlərdə Qarabağla heç bir dini mədəni və mənəvi bağlılığı olmayıb” adlı yazısında bildirilib.

Qeyd edilib ki, Qarabağın qədim tarixində xristianlığın da digər dinlər kimi formalaşması ermənilərə öz çirkin niyyətlərini həyata keçirməyə müəyyən əsaslar yaradırdı. Lakin Qarabağın xristianlıq tarixini öz adlarına yazmaq istəyi ermənilərə nəsib olmadı. Çünki Qarabağın xristianlıq tarixində, xristianların dini etiqadlarının, dini simvollarının, ibadət qaydalarının, kilsə və monastırların memarlıq quruluşları erməni toplumunun dini etiqadlarına və memarlığına uyğun gəlmirdi. İşğal dövründə Qarabağdakı xristian dinini mənimsəmək üçün ermənilərə, kilsə və monastırların formalarını dəyişmək, ya da uçurub yerlərində yenilərini tikmək üçün layihələr həyata keçirirdilər. Qarabağ xristianlarının öz dini dünyagörüşləri, onların inancları kimi amillər ermənilərə xristian mədəniyyətini mənimsəməyə mane olurdu. Qarabağda xristian ziyarətgahlarının böyük əksəriyyətində xristianlarla bərabər, müsəlmanların da etiqadı xristian dininin Qarabağda təşəkkül tapmasına və yayılmasına təkan verən amillərdən bəlkə də ən böyüyü idi. Xristian dininin daşıyıcıları olan kilsə, monastır, məbəd, və sovmələrin tikintisində türk xalqlarının da iştirakı adıçəkilən abidələrin üzərində xristianlıqdan öncəki fəlsəfi dünyagörüşü elementlərinin bu məbədlər və xaçlar üzərində yer almasına səbəb olub. Xristian abidələri üzərindəki türk elementlərini nəinki Qarabağda, eyni zamanda, Zəngəzurda, Göyçə gölü hövzəsində, Dərəçiçək mahalında daha çox müşahidə etmək mümkündür.

Xocavənd rayonunun Sos kəndindəki Amaras, Ağdərə bölgəsindəki Dədəvəng, Kəlbəcər rayonundakı Gəncəsər monastırları və Kolatağ məbədi kimi məşhur dini ibadətgahlar bu qəbildən olan abidələrdəndir. Lakin ermənilərin Qarabağda xristianlığa qədər və xristianlıqdan sonrakı dövrlərdə tikilmiş bütün memarlıq abidələri, hətta yeraltı zirzəmiləri və kahaları bir qayda olaraq kilsə və ya monastır adlandırmaları elmdən kənar əsası olmayan boşboğazlıqdır. Çünki kilsə formasına görə kilsədir, monastır formasına görə monastırdır. İnam və inanc yerləri hansısa tarixi kökə söykəndiyinə və tarixi əhəmiyyətinə görə etiqad yerləridir. Ermənilərin işğal dövründə Qarabağda 104 məbəd, sovmə və bazilikanı əsassız olaraq kilsə adlandırıb onların 59-nu “Tanrı anası”nın adına bağlamaları xristian dininə hörmətsizlikdən başqa bir şey deyildir. İşğal dövründə ermənilər dini ibadətgah olmayan bütün abidələr üzərində xaç şəkilləri cızır, erməni dilində ayinlər yazır və onları dövri mətbuatda erməni kilsəsi, yaxud erməni monastırı kimi təqdim edirdilər. İstər-istəməz sual yaranır. İnsanların yaşamadıqları ərazilərdə bu qədər çox sayda “erməni kilsələri”nin olması hansı zərurətdən irəli gəlir? Hətta 30-40 ailənin yaşadığı bir kənddə iki kilsənin olduğunu iddia etmək nə dərəcədə doğrudur? Dini etiqad-inanclar inamdan doğur. Doğurdanmı bir kənddə yaşayan 30-40 erməninin hamısı inanclıdır? Əgər inanclıdırsa, 30-40 nəfər insan nəyə görə bir kilsəyə sığışmır? Bu kimi sadə və primitiv məsələlərin araşdırılmasından da aydın olur ki, erməniləri din ətrafında birləşdirən onların dini inancları deyil, Azərbaycana qarşı ərazi iddialarıdır.

Elmi ədəbiyyat sübut edir ki, keçmiş əsrlərdən yadigar qalan bütün bina və qurğuları erməni kilsəsi və ya monastırı adlandırmaq yolverilməzdir. Bunu nə xalqın iradəsi, nə də elm qəbul etməyəcək. Qarabağ regionundakı abidələr üzərində xristianlıqdan əvvəlki mədəniyyətin kökündə dayanan bütpərəst nüvənin ayrı-ayrı hissəcikləri və tarixi inkişafın bütün mərhələləri görünür. Şərq xalqlarının mədəniyyətlərinin inkişafında güclü rolu olan Oğuzların və Zərdüştlüyün təsiri dövrünə aid baxışlara, adətlərə, maddi mühitdə mədəni və məişət qalıqlarına Qarabağ abidələri üzərində rast gəlmək mümkündür. Ona görə də bütün tarix və mədəniyyət abidələrini dini xarakterli qurğular kimi təqdim etmək tarixin təhrifinə səbəb olur.

Din Allah tərəfindən bəşəriyyəti hidayət etmək və ona yol göstərmək üçün gətirilən bir sıra elmi, əxlaqi və əqidəvi göstərişlərdən ibarətdir. Din insanları gözəl əxlaqa, insani keyfiyyətlərə malik olmağı tövsiyə edir, mümkün qədər yaxşı və xeyirxah işlər görməyə çağırır. Din əsasən üç hissəyə bölünür: etiqad, əxlaq və əməl. Bu, prinsip etibarilə bütün dinlərdə belədir, xeyirxahlıq, humanistlik bütün dinlərin təməl prinsiplərini təşkil edir. Bəlkə də bu baxımdan İslam dini bu ərazilərə hakim olduqdan sonra xristianlığı yox etmədi, onunla yanaşı addımladı, xristian dininin daşıyıcılarına hörmət və etiqadla yanaşdı. Eyni zamanda, dini seçimdə insanın azadlıqlarına toxunulmadı. Bir qayda olaraq insan öz həyatında hər hansı bir dini seçərsə, həqiqətdə özünün səadət və xoşbəxtliyindən başqa heç bir şey istəmir. Lakin ermənilərin Cənubi Qafqaza gəlişi özü ilə bərabər ayrı-seçkilik, düşmənçilik, nifaq gətirdi.

Qarabağlıların inam və etiqadları

İnsanların inam və etiqadlarına din prizmasından baxmaq olmaz. İnam və etiqadlar dindən yüz illər öncə insan təfəkküründə formalaşaraq dövrümüzə qədər gəlib çatıb. Qarabağda inam və etiqadı ermənilərin işğal dövründə dağıtdıqları mədəni irsin xarabalıqlarında, antik qalalarda, bədii daş təsvirlərində axtarmaq lazımdır. İnam və etiqadları, adət və ənənələri din yaratmayıb. Onlar dindən yüz illər öncə mövcud idi. Ocağa, Günəşə sitayiş, toy və yas mərasimlərinin yerinə yetirilməsi, təbiətə, ağaclara, bulaqlara sitayiş bu qəbildən olan inam və etiqadlardır.

 

Qarabağın bir çox səciyyəvi inanc və adətləri qədim Albaniyada yaşayan xalqların inanc və adətləri ilə üst-üstə düşür və bu, mənşəyin özəlliyini göstərir. Bu xalqlarda pisliyə nifrət, pis əməllərdən çəkinmə hissləri onların şüurunda bu günümüzə qədər gəlib çıxıb. Şüurda müqəddəs kimi özünə yer tapan hər şeyi qoruyub yaşatmaq adəti dəb olub.

Erməni adətlərindən fərqli olaraq, Qarabağ sakinlərində oda, günəşə etiqad və məhəbbət o qədər müqəddəs, güclü idi ki, od və günəş insanların and yeri olub. Bu inam və etiqad insanlar arasında əsrlər boyu yaşayaraq, dövrümüzə qədər belə gəlib çatıb. İndinin özündə belə Azərbaycanda “o gün haqqı”, “o ocaq haqqı”, “Gözümün nuru” , “qəbri nurla dolsun”, “o günəşin şölələri haqqı” kimi ifadələr insanlar tərəfindən and kimi işlədilir.

Qarabağ əhalisi, yeri, kainatı qızdıran, torpağa, suya hərarət və can verən Günəşə böyük möcüzə kimi baxırdılar. Onlar Günəşin obrazını daş, qaya üzərində həkk edərək ona sitayiş edirdilər. O zaman hələ dinlərin mövcud olmadığı bir zamanda, insanlar özlərinin hiss və həyəcanlarını bu cür ifadə edirdilər. Hazırda xristian dininin simvolu sayılan xaçların yaranması insanların Günəşə, daha sonralar oda, etiqadından, sitayişindən, inamından irəli gəlirdi. Xaç hazırda xristian dünyasının qəbul etdiyi, xristian dininin rəmzlərindən biri yəni dini simvolu kimi başa düşülsə də, xaç rəmzlərinin meydana gəlməsində din amilinin heç bir rolu olmayıb. Xaç simvollarının araşdırılmasında Alban dövrü xaçlarının tədqiqi daha çox maraq doğurur. Bu da ondan irəli gəlir ki, Alban dövrü xaçları daha çox klassik ənənələrə uyğunlaşdırılıb. Çünki Alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlər ilə bağlıdır.

Qarabağda xaç obrazı

Alban xristianlarının xaç daşlarında müxtəlif, biri-birinə aidiyyəti olmayan dekorativ tərtibatlar qovuşur. Alban xaçı bəlkə də dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların, etiqadların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, Günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunub.

Tədqiqatlar sübut edir ki, Qafqaz Albaniyasının erkən xristianlıq incəsənətinin meydana çıxması və inkişafı tamamilə orijinal, yəni, özünəməxsus yolla baş verib. Burada söhbət, eyni zamanda, xristianlığa qədər mövcud olmuş dini-ayinlərin simvolikası əks olunan və müsəlman qəbirlərinin müqayisəsi, Qafqaz Albaniyasının bədii daşlarından gedir. Alban dövrünün sonlarında yaranan alban xaç daşlarının üzərindəki obrazların çoxlu yüzilliklər keçdiyinə görə əvvəlcə iki, sonralar üç din hakimiyyəti altında toplanmış, harmonik olaraq yüzlərlə mümkün yazılı daşların üzərində əks olunmuş ayin simvolikasıdır. Odur ki, Alban daş yazı nümunələrinin (xaç daşlarının, başdaşılarının və nişandaşlarının) bax bu cür orijinallığı və özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir. Lakin ermənilərin Qarabağda yerləşdirilmələrindən sonra Azərbaycan mədəni irsinin unikal nümunəsi olan xaç daşlarını da yeniləşdirmə, qloballaşdırma həvəsi bu daşları öz mənşəyindən ayırır, qədim adət və ənənələrin, inam və etiqadların unutdurulmasına səbəb olur. Bütün bu təhlildən sonra belə bir qənaətə gəlmək mümkündür ki, ermənilərin ötən əsrlərdə Qarabağla heç bir dini, mədəni və mənəvi bağlılığı olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə