İQTİSADİYYAT
Ötən il 338,2 kilometr yeni qaz xətti çəkilib
Bakı, 14 yanvar, AZƏRTAC
Ötən il 338,2 kilometr yeni qaz xətti çəkilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
Baş direktor qeyd edib ki, “Azəriqaz” ötən il qazlaşdırma işlərini öz daxili imkanları hesabına aparıb: “Qazlaşdırma proqramına uyğun olaraq 2021-ci ildə regionlarda 7 kənd qazlaşdırılıb, həmçinin 13 kəndin paylayıcı qaz xəttinin çəkilməsinə başlanılıb. Bu kəndlər İmişli, Yardımlı, Zərdab, Astara, Goranboy, Şamaxı, İsmayıllı, Lerik, Sabirabad, Xaçmaz, Cəlilabad rayonunun kəndləridir”.
R.Əliyev qeyd edib ki, 2021-ci ildə 338,2 kilometr yeni qaz xətti çəkilib, 413 kilometr qaz kəmərində isə əsaslı təmir işləri aparılıb. Respublika üzrə qazlaşma səviyyəsi 96,3 faizə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]