Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən ilin uğurları: siyasi-diplomatik fəallıq, əməkdaşlıq formatları və mühüm layihələr dövrü

Ötən ilin uğurları: siyasi-diplomatik fəallıq, əməkdaşlıq formatları və mühüm layihələr dövrü

Hər bir müstəqil dövlət başa vurduğu ildə öz fəaliyyətini obyektiv olaraq analiz etməlidir. Azərbaycan hər il həmin bağlılıqda görülən işlərə yekun vurur və gələcək planlarını dəqiqləşdirir. Mütəxəssislərin yekdil rəyinə görə, 2016-cı ildə də Azərbaycan siyasi-diplomatik fəallıq göstərib. Bir çox ölkələrlə əlaqələr intensivləşib. Dövlət başçısı xarici səfərlər edib, ölkəmizə dövlət və hökumət başçıları, şirkət rəhbərləri, beynəlxalq təşkilat başçıları təşrif buyurublar. Bu zaman ölkəmiz, regionumuz və bütövlükdə dünya əhəmiyyətli qərarlar əldə edilib. Bunlarla yanaşı, Azərbaycan keçən ildə strateji layihələr reallaşdırmağa başlayıb. Onlar enerji, nəqliyyat və iqtisadi-mədəni sahələrə aiddirlər. Burada xüsusilə Azərbaycanın yeni əməkdaşlıq formatları təklif etməsi vurğulanmalıdır. Onlar kifayət qədər səmərəli nəticələr verməkdədirlər. Həmin faktların işığında 2016-cı ilə baxdıqda, gələcəklə də bağlı əhəmiyyətli proqnozlar vermək mümkündür.

Siyasi aktivlik: Azərbaycan nümunə göstərir

2016-cı il Azərbaycanın sosial-siyasi və iqtisadi-mədəni həyatı üçün çox maraqlı və zəngin keçib. Dünyanın əksər ölkələrində çətinliklərin, anlaşılmazlıqların, tənəzzülün müşahidə edildiyi bir mərhələdə Azərbaycanda fərqli mühitin mövcudluğunun arxasında ciddi və demokratik idarəetmə, sistemli islahatlar, aktiv xarici siyasət faktorları dayanır. Rəsmi Bakı keçən il müddətində çox fəal addımlar ataraq, dünyanın bir sıra ölkələri ilə səmərəli əməkdaşlığı yeni səviyyəyə qaldıra bilib.

Daha önəmlisi isə, beynəlxalq miqyasda geosiyasi və iqtisadi əhəmiyyətli layihələrə imza atıb. Bütün bunlar yekunda Azərbaycanın müstəqil dövlət quruculuğu prosesini keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyi haqqında nəticə çıxarmağa əsas verməkdədir. Həmin məqamlar üzərində geniş dayanaq.

Xronoloji ardıcıllığı gözləmək bir qədər çətindir. Çünki 2016-cı ildə o qədər maraqlı addımlar atılıb ki, onların ümumi məzmunu daha əhəmiyyətli görünür. Ancaq keçən il yanvarın 15-də Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə konteyner sınaq qatarının yola salınması mərasimi rəmzi olaraq Azərbaycanın il ərzində uğurlu addımlarının başlanğıcı kimi qəbul oluna bilər.

Çünki bu marşrut ölkəmizin “Yeni İpək Yolu” layihəsində praktiki iştirakının ilk nümunəsidir. Məlumdur ki, Pekinin həmin proqramına dünya miqyasında ciddi geosiyasi və iqtisadi-mədəni qiyməti olan hadisə kimi baxırlar. Hazırda bu layihədə iştirak etmək üçün bəzi dövlətlər dəridən-qabıqdan çıxırlar. Məsələn, Ermənistan daim vurğulayır ki, İran vasitəsilə "Yeni İpək Yolu"na qoşula bilər. Lakin konkret olaraq ortada bir nəticə yoxdur.

Bu kimi hadisələrin fonunda ilin başlanğıcında Qara dənizin İlyiçevsk-Batumi və Xəzər dənizinin Ələt-Aktau-Port bərə keçidlərini əhatə edən bir marşrutun işə düşməsi real siyasətin nəticəsi olaraq qəbul edilməlidir. Eksperimental reysə bərə keçidləri və quru yol daxildir. Bu marşrutla ayda səkkiz qatar hərəkət edəcək. Mərasimdə Ukrayna baş nazirinin müavini Gennadi Zubko, infrastruktur naziri Andrey Pivovarski, iqtisadi inkişaf naziri Ayvaras Abromaviçus və digər rəsmi şəxslər iştirak ediblər. Sonra ölkənin həyatında baş verən hadisələr göstərdi ki, Azərbaycan üçün bu cür başlanğıc çox düşərlidir.

Yanvar ayının 21-də Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun "Yeni enerji tarazlığı" mövzusunda sessiyasında iştirakına da bu kontekstdə nəzər salmaq səmərəli olardı. Dövlət başçısı forum çərçivəsində təşkil olunan dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısında olub. İlham Əliyev Davosda müxtəlif ölkələri təmsil edən rəsmi şəxslər, şirkət və təşkilat rəhbərləri ilə 17 ikitərəfli görüş keçirib.

Aprel zəfəri: Ordu gücünü sübut etdi

Təbii ki, yuxarıda vurğulanan bağlılıqda hərb tariximizin qürur səhifələrindən olan aprel döyüşlərini (2-5 aprel) xüsusi qeyd etməyə böyük ehtiyac duyuruq. Əvvəlcə, ermənilərin hərbi təxribatı oldu. İrəvan sanırdı ki, bu dəfə də şıltaqlığı elə-belə keçəcək. Lakin Azərbaycan Ordusunun qəhrəman əsgərləri düşmənin təpəsinə qartal kimi qondular.

Cəmi bir neçə gün ərzində Ermənistan ordusunun Dağlıq Qarabağdakı korpusu ağır zərbə aldı. Aydın oldu ki, Azərbaycan Cənubi Qafqazın ən güclü Ordusuna sahibdir və onun qarşısında kimsə dura bilməz. Onda Ermənistan prezidenti Serj Sarkisyan havadarlarına gah yalvardı, gah da onlardan narazılığını açıq şəkildə bildirdi.

Nəticədə, ümumi vəziyyəti nəzərə alan və danışıqlar prosesinə sədaqətini bir daha nümayiş etdirən Azərbaycan tərəfi Rusiyanın vasitəçiliyi ilə Ermənistanla atəşkəsə razılıq verdi. Buna baxmayaraq, Ordumuzun böyük zəfər əldə etdiyinə qətiyyən şübhə yoxdur. Aydın oldu ki, Ali Baş Komandan İlham Əliyevin Ordu quruculuğu siyasəti olduqca səmərəlidir və müasir tələblərə tam cavab verir. Bunun fonunda Ermənistan rəhbərliyinin bir-birinin ardınca generalları istefaya göndərməsi, bəzilərini isə həbsə atması və təlaşla döyüş bölgəsinə tez-tez səfərlər etməsi diqqətdən yayınmadı.

Ekspertlər bunları Ermənistan silahlı qüvvələrində ciddi problemlərin olması kimi izah edirlər. Bu qənaəti məhz Azərbaycan Ordusunun müzəffər döyüşləri nəticəsində əldə etdilər. Eyni zamanda, bu fakt İrəvanın öz ordusu haqqında yaratmağa çalışdığı mifi də alt-üst etdi.

Deməli, 2016-cı il Azərbaycanın hərb tarixində mühüm bir dəyişikliklə yadda qalacaq. Müstəqil dövlətin Ordusu döyüş meydanında həm gücünü göstərdi, həm də geosiyasi aspektdə ölkəyə yeni nüfuz gətirdi. İndi Ermənistana havadarlıq edənlərin bir böyük dərdi var - nə olur-olsun Azərbaycanın yenidən hərbi əməliyyatlara başlamasına imkan verməmək!

2016-cı ilə qədər isə onlar erməni ordusunun “qəhrəmanlığından”, regiondakı bütün ordulardan “güclü” olduğundan dəm vururdular. Hətta qondarma “DQR”-də ən intizamlı və hazırlıqlı "orduya" sahib olmalarından utanmadan danışırdılar. Aprel döyüşləri hər şeyi dəyişdi.

Bu sırada geosiyasi aspektdə daha əhəmiyyətli olanı dünyanın böyük dövlətlərinin Azərbaycan Ordusunun münaqişə bölgəsində vəziyyəti kardinal dəyişmək iqtidarında olduğuna əminliyinin yaranmasından ibarətdir. Artıq bunu bilirlər və çalışırlar ki, erməni ordusunu daha güclü silahlarla təmin etsinlər. Ancaq bu da onlara kömək etmir. Çünki Azərbaycan rəhbərliyi daim Ordunun qayğısına qalır və onu daha da gücləndirir.

Enerji siyasəti: yeni məzmun çalarları

Hərbi sahə ilə yanaşı, enerji sferasında da Azərbaycan 2016-cı ildə böyük uğurlara imza atıb. O sırada may ayının 17-də Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik boru kəməri - TAP-ın təməlqoyma mərasiminin keçirilməsi ayrıca vurğulanmalıdır. Bu boru kəməri bütövlükdə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsidir. Onun enerji aspektində dünya üçün əhəmiyyəti çoxdur. Hər şeydən əvvəl “Cənub Qaz Dəhlizi”nə qlobal enerji təhlükəsizliyinin təmini kontekstində qiymət verirlər. Qərbin böyük dövlətlərinin liderləri bununla bağlı dəfələrlə açıq fikirlərini bildiriblər. Təməlqoyma mərasimində iştirak edən Yunanıstanın baş naziri Aleksis Tsipras və TAP layihəsinin icraçı direktoru Yan Bradşou da çıxışlarında layihənin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan danışıblar.

ABŞ dövlət katibi Con Kerrinin TAP-ın təməlqoyma mərasimi iştirakçılarına ünvanladığı məktubda bu layihənin reallaşması ilə Avropa bazarlarına yeni qazın çıxışına şərait yaranacağı qeyd edilib. Konkret olaraq, "Şahdəniz-2" layihəsi çərçivəsində hasil edilən Azərbaycan qazı Avropaya nəql ediləcək. İlkin mərhələdə Avropaya ildə 10 milyard kubmetr mavi yanacaq çatdırılacaq.

Yeri gəlmişkən, ayrıca vurğulamaq istərdik ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ildə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə “Cənub Qaz Dəhlizi”nin iqtisadi, nəqliyyat, energetik və geosiyasi aspektləri barədə dərin fikirlər söyləyib. Dövlət başçısı TAP və TANAP-ın həmin layihənin tərkib hissəsi kimi oynadığı rolu dəqiq analiz edib. Bu, Azərbaycanın enerji siyasətinin 2016-cı ildə yeni məzmun çalarını aldığını göstərir. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmağa ehtiyac vardır.

Məsələ ondan ibarətdir ki, XXI əsrin əvvəllərindən dünya miqyasında enerji sferasında daha mürəkkəb vəziyyət yaranmağa başlayıb. Belə bir şəraitdə bəşəriyyət üçün enerji təhlükəsizliyi regional və milli təhlükəsizliyin vacib elementinə çevrilib. Təbii ehtiyatlarla zəngin olan dövlətlər üçün bu, daha incə və konstruktiv enerji siyasəti yeritməyi tələb edir. Həmin bağlılıqda postsovet məkanında enerji daşıyıcıları ilə zəngin olan ölkələrin hansı məzmunda siyasət aparacağı xüsusi aktuallıq kəsb etməyə başlayıb.

Çünki bu region kifayət qədər mürəkkəb, riskli və ziddiyyətli proseslərlə xarakterizə olunur. Bu səbəbdən Azərbaycanın enerji siyasətini yeni şərtlərə uyğunlaşdırması prinsipial əhəmiyyət daşıyırdı. İlham Əliyev bu vəzifəni yüksək səviyyədə yerinə yetirərək, həm Azərbaycanın enerji siyasətinə yeni geosiyasi məzmun verdi, həm də onu ölkənin milli təhlükəsizliyinin tərkib hissəsinə çevirdi.

2016-cı il fevralın sonlarında Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında Prezident İlham Əliyev vurğulamışdı: “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”. Prezident İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu ayrıca qeyd edib və Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə inandığını vurğulayıb. Prezident deyib: “Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”.

Həmin tədbirdə iştirak edən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç “Cənub Qaz Dəhlizi” layihəsinə Avropa İttifaqının dəstəyini ifadə edərək söyləyib: “Biz Avropa İttifaqı olaraq enerji təhlükəsizliyini ölkələrimiz üçün mühüm məsələ hesab edirik”.

Dünyanın böyük dövlətlərinin liderləri və Avropa İttifaqının rəhbərliyi də məhz bu səbəbdən daim Azərbaycanın dövlət başçısının bu sahədəki uğurlarını ayrıca qeyd ediblər. Onlar mötəbər beynəlxalq tədbirlərdə birbaşa həmin məqamı vurğulayıblar.

Deməli, söhbət Azərbaycanın enerji siyasətinin qlobal əhəmiyyətli yeni mərhələsindən gedir. 2016-cı il bu aspektdə mühüm mərhələlərdən birini ifadə etməkdədir. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı ilə yanaşı, Bakı Sərgi Mərkəzində keçirilmiş XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgisinə də məhz bu kontekstdə qiymət vermək gərəkdir.

Xarici siyasət: çoxvektorlu addımlar

Keçən ildən danışarkən, enerji siyasəti və sosial-iqtisadi islahatlarla yanaşı, müxtəlif ölkələrlə əməkdaşlığı da qətiyyən unutmaq olmaz. Həmin bağlılıqda ekspertlərin ən çox diqqət yetirdiyi məqam Prezidentin 12 ölkəyə etdiyi 16 səfərin əhəmiyyəti ilə bağlıdır. Çünki bu səfərlərin hər birində Azərbaycanın geosiyasi və siyasi-iqtisadi taleyi üçün mühüm rol oynayan razılaşmalar əldə edilib. Qardaş Türkiyəyə İlham Əliyev bir ildə 4 dəfə baş çəkib. Bu, həm iki dövlət arasındakı yaxınlığın təsdiqidir, həm də Azərbaycanın dövlət başçısının beynəlxalq nüfuzunun göstəricisidir. Türkiyə səfərlərində İlham Əliyev çox mötəbər beynəlxalq tədbirlərdə iştirak edib - İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində (13-15 aprel), Dünya Humanitar Sammitində (22-23 may) və Dünya Enerji Konqresində (9-10 oktyabr).

Mart ayının 15-də Prezident Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak edib. İclasdan sonra iki ölkə arasında 3 yeni saziş və bir protokol imzalanıb. Eyni zamanda, bu səfərlər çərçivəsində İlham Əliyev 7 görüş keçirib. İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə qəbul edilən yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələləri əks olunub.

Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli vacibliyi vurğulanıb. Əlavə olaraq, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmin məsələ ilə bağlı kontakt qrupu da yaradılıb. Bu da Azərbaycanın böyük diplomatik uğurudur. Türkiyədə keçirilən Dünya Humanitar Sammitinin işində də dövlət başçısı çox fəal iştirak edib. Bundan başqa, dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinə və İrana rəsmi, Avstriya, Almaniya və Rusiyaya işgüzar səfərlər edib.

Keçən ildə Azərbaycana xarici ölkələrin liderləri də səfərlər ediblər. Onların sırasında Qətərin Əmirinin, Ukrayna, Venesuela, Xorvatiya, Belarus prezidentlərinin rəsmi, Türkiyə, İran və Rusiya prezidentlərinin isə işgüzar səfərlərini vurğulamaq istərdik. Həmçinin Azərbaycanda Rusiya hökumətinin sədri, Macarıstan, Türkiyə və Pakistanın baş nazirləri rəsmi, İsrailin baş naziri isə işgüzar səfərdə olub. Bunların hər birində çox aktual razılaşmalar əldə edilib. Monteneqro, Bolqarıstan, Gürcüstan, Albaniya, Malta və digər ölkələrin dövlət başçıları da IV Qlobal Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizə gəliblər.

Bunlarla yanaşı, Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə aktiv iştirak edib. Yuxarıda göstərilənlərdən başqa, aşağıdakıları da qeyd etmək gərəkdir - "Suriyaya və regiona dəstək" konfransında iştirak məqsədilə Böyük Britaniyaya (London), 52-ci Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə Almaniyaya (Münxen), IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak məqsədilə ABŞ-a (Vaşinqton), NATO Zirvə toplantısında iştirak etmək üçün Polşaya (Varşava) ölkə başçısı səfərlər edib. Mövzulardan da göründüyü kimi, bunların hər biri həm geosiyasi aspektdə, həm də müstəqil dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində olduqca əhəmiyyətli məqamlarla əlaqəli olub.

Əməkdaşlıq formatları: Bakının təşəbbüsləri davam edir

2016-cı ildə xarici siyasətdə həyata keçirilən tədbirlərdən danışarkən ikitərəfli əlaqələrdə üçtərəfli formatda regional əməkdaşlıq mexanizmlərindən istifadə faktını mütləq qeyd etmək lazımdır. Çünki bu, əsasən, Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə baş tutub və müsbət nəticələri göz qabağındadır. Bir il müddətində Azərbaycan-Rusiya-İran prezidentlərinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Bu formatın regionda təhlükəsizliyin möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyət daşıdığını siyasi liderlər etiraf edirlər. Onların sırasında keçən ilin avqustunda Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşməsi xüsusi yer tutur.

Bu barədə dövlət başçısı İlham Əliyev konkret fikir söyləyib. Belə ki, Bakıda həmin tərkibdə müzakirələr tarixdə ilk dəfə olaraq aparılırdı. Rusiya və İran imperiyalarının tərkibində olmuş Azərbaycanın artıq müstəqil dövlət qismində strateji xarakterli qərarların alındığı yüksək səviyyəli bir görüşə ev sahibliyi etməsi həqiqi mənada tarixi olaydır. Prezidentlər - İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani bütövlükdə region üçün ciddi nəticələri olan razılaşmalara nail oldular. O cümlədən Şimal-Cənub dəhlizinin işə salınması istiqamətində tarixi razılıq əldə edildi.

Eyni fikirləri biz, əminliklə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə üçtərəfli görüşləri haqqında da deyə bilərik. Rəsmi Bakı onların hər birində yalnız özü üçün deyil, ümumən region və dünya üçün gərəkli olan təşəbbüslər göstərib. İndi həmin addımların müsbət bəhrələrini region dövlətləri görür. Təbii ki, burada Ermənistan ayrıca analiz edilməlidir. Çünki bu dövlət təcavüzkar xarici siyasətindən əl çəkmək istəmir. Həmin səbəbdən də Azərbaycanın iştirak etdiyi əməkdaşlıq formatlarında Ermənistana yer yoxdur. Çox əhəmiyyətlidir ki, bu reallığı hətta bu ölkəyə havadarlıq edənlər belə qəbul etməli olurlar.

2016-cı ildə əldə edilən uğurlar bir daha əminlik yaradır ki, rəsmi Bakı bundan sonra da mövcud üçtərəfli formatlarda əməkdaşlığı davam etdirəcək. Eyni zamanda, Azərbaycan rəhbərliyi yeni üçtərəfli mexanizmlərin yaradılması imkanlarını nəzərdən keçirəcək.

Ümumiyyətlə götürdükdə, keçən ildə 15 dövlət rəhbəri, 13 baş nazir və spiker, 42 ölkənin rəsmisi, 26 beynəlxalq təşkilatın təmsilçisinin Azərbaycana səfər etməsi ölkəmizin yüksək nüfuzundan xəbər verir və həm də siyasi-diplomatik aktivliyin konkret göstəricisidir. Bu çərçivədə, şübhəsiz ki, Roma Papası Fransiskin Azərbaycana səfəri Prezident İlham Əliyev diplomatiyasının növbəti zəfəri kimi qəbul olunmalıdır. Onun iki aspekti vardır.

Birincisi, Azərbaycan əsrlərdir ki, müxtəlif dinlərin, konfessiyaların və xalqların mehriban yaşadığı məkandır. Ancaq onun rəsmi etirafı indiyə qədər yox idi. Xüsusilə Roma Papasının bu barədə konkret təsdiqi lazım idi. İlham Əliyev ona nail olub.

İkincisi, Azərbaycan demokratik daxili və xarici siyasət yeridən dövlətdir. Ancaq bir sıra bədxah dairələr ölkə haqqında həqiqətdən uzaq informasiyalar yayırlar, onu ləkələməyə çalışırlar. O cümlədən ermənilər Dağlıq Qarabağda və ətraf rayonlarda törətdikləri terror hadisələrini, vəhşilikləri, mədəniyyət abidələrini məhv etmələrini gizlətmək üçün azərbaycanlıların dini dözümsüzlüyü, başqalarına qarşı aqressivliyi haqqında cəfəng şeylər düşünür, şər-böhtan düzəldərək dünyaya yaymağa çalışırdılar. Roma Papası öz gözləri ilə bütün bunların yalan olduğunu gördü. Duydu ki, Azərbaycan reallıqda multikulturalizmin, fərqli dini konfessiyaların dinc yanaşı yaşadığı demokratik bir ölkədir. Papa Bakıdakı çıxışlarında bu barədə konkret fikirlərini bəyan edib.

Bu hadisə, təbii ki, Azərbaycanın xarici siyasətdə əldə etdiyi əsas nailiyyətlər sırasında öz layiqli yerini tutmalıdır. Çünki XXI əsr mədəniyyət əsridir. Azərbaycan öz konkret addımları ilə regionun demokratik və humanist lideri olduğunu sübuta yetirdi. Bu mənada 2016-cı il yeni yüksəliş mərhələsinin növbəti pilləsidir. 2017-ci ildə daha böyük uğurlar üçün tam əsas vardır!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO