MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Estoniyanın təmsilçisi Ott Lepland “Baku Crystal Hall”un səhnəsində final çıxışını etmişdir
Bakı, 27 may (AZƏRTAC). Estoniyanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Ott Lepland “Baku Crystal Hall”un səhnəsində final çıxışını etmişdir.
Estoniyanı “Eurovision-2012”də “Kuula” (“Listen”) mahnısı ilə təmsil edən təmsilçi Ott Lepland 1987-ci il mayın 17-də Tallinndə doğulmuşdur.
Kiçik yaşlarından musiqi ilə məşğul olan müğənninin 1995-1996-cı illərdə uşaq mahnılarından ibarət 4 albomu buraxılmışdır. On il piano dərsi alan Ott Lepland hazırda Tallinn Musiqi Məktəbində pop və caz ifaçılığı ixtisası üzrə təhsilini davam etdirir. O, 2010-cu ildə Estoniyanın “Pop İdol” yarışmasının qalibi olduqdan sonra “Ott Lepland” adlı albomunu təqdim etmişdir. Sonuncu musiqi albomu isə 2011-ci ilin dekabrında musiqisevərlərin ixtiyarına verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:39]
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
- 03.05.2024 [18:30]
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]