Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistan Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı səylə inkişaf etdirir – Daşkənddən baxış

Özbəkistan Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı səylə inkişaf etdirir –  Daşkənddən baxış

Bakı, 29 may, AZƏRTAC

Mərkəzi Asiya regionunun Avrasiyanın birləşdirici qovşağı olmaq üçün unikal şansı var. Avrasiya məkanında geosiyasi sarsıntılar fonunda xarici ticarət əlaqələrini sürətlə tarazlayan, ixrac coğrafiyasını genişləndirən və yeni, etibarlı nəqliyyat dəhlizləri formalaşdıran Daşkənd üçün bu perspektiv böyük fayda vəd edir. Eyni zamanda, Özbəkistan tərəfi ilk növbədə qonşularına, eləcə də “yaxın xaric” ölkələrinə, o cümlədən Türk dünyasının qüdrətli nümayəndələrinə - Azərbaycan və Türkiyəyə arxalanır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin (UDİ) Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) elmi işçisi, “Bilim Karvoni” qeyri-hökumət elmi müəssisəsinin eksperti Nərgiz Umarovanın “Nəqliyyat kommunikasiyaları sahəsində türk tərəfdaşlığının gücləndirilməsində Özbəkistanın rolu” adlı məqaləsində deyilir.

Məqalədə qeyd edilir ki, ötən illər ərzində Özbəkistan iki strateji əhəmiyyətli nəqliyyat arteriyası - Trans-Xəzər və Transqafqaz dəhlizləri arasında birləşdirici halqa rolunu oynayan Cənubi Qafqaz regionunun ən böyük iqtisadiyyatı olan Azərbaycanla sıx dialoq qurub.

Nərgiz Umarova yazıb: “Özbəkistan tərəfi Bakı ilə nəqliyyat əməkdaşlığını səylə inkişaf etdirir. Xüsusən, Azərbaycanla ikitərəfli dialoq yerli məhsulların dünya bazarlarına çıxışını təmin edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan səmərəli istifadəyə yönəlib. Ukrayna münaqişəsinin kəskinləşməsi ilə əlaqədar Çinin yük daşımalarının əhəmiyyətli hissəsinin Mərkəzi Asiyaya yönləndirilməsindən sonra ona tələbat dəfələrlə artıb. Türkiyə istiqamətində dəmir yolu xəttinin potensialından istifadə edərək yeni nəqliyyat dəhlizlərinin işə salınması istisna edilmir. Bu yaxınlarda avtomobil yolunun kompleks modernləşdirilməsi başa çatdırılıb. İndi o, ildə 5 milyon tona qədər yük daşımaq iqtidarındadır”.

Müəllif bildirir ki, Azərbaycan Mərkəzi Asiya ilə Qafqazı birləşdirən nəqliyyat marşrutlarının əsas halqasına çevrilən Bakı Beynəlxalq Ticarət Limanının yeni kompleksi - Ələt limanının imkanlarını da artırır. Belə transformasiyada bir sıra dövlətlər, o cümlədən Özbəkistan maraqlıdır. Bunun səbəbi, həmçinin Xəzər dənizinin ən böyük dəniz limanı vasitəsilə ölkənin ixrac-idxal yüklərinin durmadan artmasıdır. 2022-ci ildə bu rəqəm iki dəfə artaraq 1 milyon tona yaxınlaşıb.

Ekspertin sözlərinə görə, Daşkənd Bakı limanının ərazisində anbar infrastrukturu yaratmaq və ayrıca terminal tikmək niyyətindədir. Xəzərdə Özbəkistanın öz donanmasının yaradılmasına da maraq var. Bakı ilə gəmiqayırma və gəmiçilik sahəsində birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılır. Analoji məsələ Türkmənistan və Qazaxıstanla da müzakirə olunur.

Məqalədə o da qeyd edilir ki, Ələt limanı vasitəsilə yükdaşımaların müsbət dinamikası qismən Özbəkistan və Azərbaycan arasında ticarətin intensivləşməsi ilə bağlıdır. 2016-cı ildən bəri ölkələr arasında ticarət dövriyyəsi on dəfədən çox artıb. Qarşıdakı beş il ərzində bu rəqəmi 1 milyard dollara çatdırmaq nəzərdə tutulur.

“Türk dövlətləri ilə nəqliyyat kommunikasiyalarının inkişafı Özbəkistan vasitəsilə yüklərin tranzit daşınmasının artırılması üçün ciddi zəmin yaradır. Növbəti illərdə onların illik həcminin 23 milyon tona çatdırılması planlaşdırılır. Optimist proqnozlar beynəlxalq nəqliyyat marşrutlarının səmərəli fəaliyyətini tez-tez çətinləşdirən inzibati, hüquqi və texniki maneələrin aradan qaldırılması üçün effektiv tədbirlərlə dəstəklənməlidir. Hazırkı şəraitdə operativ həll yolu nəqliyyat və tranzit tariflərinin unifikasiyasını, rüsumların azaldılmasını, daşıma sənədlərinin vahid standartının yaradılmasını, sərhəd əməliyyatlarının sadələşdirilməsini və sürətləndirilməsini, yükdaşıma prosesində, nəqliyyat, o cümlədən elektron icazə blanklarında İT texnologiyalarının tətbiqini tələb edir. Yüksək vəzifəli məmurlar, o cümlədən çoxtərəfli sammitlər çərçivəsində bu problemlər barədə danışırlar”, - deyə məqalədə vurğulanır.

Müəllif, eyni zamanda, yükdaşıma sahəsində problemli sahələrin aradan qaldırılmasının ən uğurlu nümunəsini son vaxtlar əməkdaşlıq səviyyəsini strateji tərəfdaşlığa yüksəldən Özbəkistan və Azərbaycanın göstərdiyinə diqqət çəkir. Onun sözlərinə görə, hər iki dövlət yüksək tranzit potensialına malikdir və səyləri ondan qarşılıqlı faydalı istifadəyə yönəldiblər. Daşkənd öz logistik imkanlarını genişləndirdikcə, Azərbaycanın infrastrukturu vasitəsilə liman yüklərinin daşınmasını artırmağa çalışır. Öz növbəsində, Bakı planlaşdırılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin Xəzər dənizinə qədər uzanmasında maraqlıdır ki, bu da onun beynəlxalq tranzit sistemində mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq.

Nərgiz Umarova qeyd edib: “Müvafiq sahədə Özbəkistan-Azərbaycan dialoqunda əsas diqqət nəqliyyat xərclərinin minimuma endirilməsinə və malların çatdırılma müddətinin azaldılmasına yönəldilib. Xüsusən, hazırkı mərhələdə bərə daşımalarında qarşılıqlı tarif güzəştlərinin verilməsi məsələsinə baxılır. Özbəkistan indiyədək Azərbaycan dəmir yolları ilə yüklərin daşınmasında 50 faizə qədər endirim əldə edə bilib. Bu, yaxşı nəticədir, onu artırmaq lazımdır”.

Müəllif xatırladır ki, 2022-ci ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində beynəlxalq avtomobil sərnişin və yük daşımaları haqqında ikitərəfli Saziş imzalanıb. Digər məsələlərlə yanaşı, bu sənəd yüklərin transsərhəd daşınması üçün icazələrin verilməsi prosedurunu tənzimləməyə kömək edəcək ki, bu da iki dövlət və regionlar arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından çox vacibdir.

Məqalədə diqqətə çatdırılıb: “Güclü təchizat zəncirləri yaradarkən, Daşkənd və Bakı, ilk növbədə, daxili motivləri rəhbər tuturlar. Bunlara respublikalar arasında iqtisadi əlaqələrin gücləndirilməsi daxildir. 2023-cü ildə tərəflər nizamnamə kapitalı 500 milyon dollar olan İnvestisiya Fondu yaradıblar. Onun vəsaiti qaz kimyası, energetika, qida sənayesi və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Sənaye kooperasiyasına xüsusi diqqət yetirilir. 2021-ci ilin sentyabr ayından Azərbaycanın Hacıqabul şəhərində ildə 10 min ədəd istehsal gücü olan Özbəkistan avtomobillərinin yığılmasına başlanılıb. Bununla yanaşı, ipəkçilik müəssisələri fəaliyyət göstərir. Pambıq klasterinin yaradılması və toxuculuq sənayesi, əczaçılıq, şəhərsalma, elektron və məişət texnikası istehsalı sahələrində qarşılıqlı əlaqənin genişləndirilməsi planlaşdırılır”.

Yekunda Nərgiz Umarova yazır ki, Özbəkistan ilə Azərbaycan arasında iqtisadi qarşılıqlı fəaliyyət potensialı hələ tam reallaşdırılmayıb. “İki ölkə bu yolun başlanğıcındadır və səmərəli əməkdaşlığı davam etdirmək əzmindədir. Belə bir istək, təbii ki, qarşılıqlı ticarətə təkan verəcək. Bu o deməkdir ki, hər iki istiqamətdə yükdaşımaların həcmi də artacaq”, - deyə müəllif əminliyini ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

Bu saata olan əsas xəbərlər

Donald Tramp: Fransa yanır, immiqrasiya ölkəni dağıdır

Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram

Fransa Hesablama Palatasının sədri: Dövlət borcu ölkəni maliyyə tələsinə düşməklə təhdid edir

“Reuters”: ABŞ mühüm kəşfiyyat məlumatlarının Ukraynaya verilməsini davam etdirir

Tramp Netanyahuya növbəti seçkilərdə tam dəstəyini elan edib

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib

Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün IV jurnalistika kursu fəaliyyətə başlayıb

Naxçıvanda avtomobil piyadanı vurub

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanın müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib