İQTİSADİYYAT
Paytaxt sakinlərinin genişzolaqlı internetə çıxış imkanları artırılır
Bakı, 9 mart (AZƏRTAC). Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) paytaxt sakinlərinin genişzolaqlı internetə çıxış imkanlarının artırılması məqsədi ilə yeni tədbirlər həyata keçirir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, BTRİB-in internet tariflərinin endirilməsi istiqamətində aparılan siyasət və NGN texnologiyasının tətbiqinin genişləndirilməsi abunəçilərin sayının artmasına təsir etmişdir. Belə ki, həyata keçirilmiş tədbirlər nəticəsində ADSL istifadəçilərinin sayı 160 mini ötmüşdür.