İQTİSADİYYAT
Pərakəndə ticarət şəbəkəsində satılan ərzaq məhsullarının dəyəri 12 milyard manatdan çox olub
Bakı, 23 oktyabr, AZƏRTAC
2017-ci ilin doqquz ayında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin eyni dövrünün səviyyəsini real ifadədə 1,4 faiz üstələyərək 12 milyard 556,1 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ticarət dövriyyəsi 12 milyard 244,7 milyon manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,9 faiz çox olub.
Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 143,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.