İQTİSADİYYAT
Peter Siyarto: Budapeşt-Bakı aviareysi bərpa olunacaq
Bakı, 3 noyabr, AZƏRTAC
Gələn ilin martından etibarən Budapeşt-Bakı aviareysinin bərpa edilməsi nəzərdə tutulur.
Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto noyabrın 3-də Bakıda mətbuat konfransında deyib.
Nazir birbaşa aviareysin açılmasının turizm sahəsində əlaqələrimizin inkişafına təkan verəcəyini söyləyib. O, yaxın vaxtlarda ölkələrimiz arasında mülki aviareys sahəsində sənədin imzalanmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Azərbaycanın Macarıstan üçün strateji tərəfdaş olduğunu deyən nazir ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması ilə əlaqədar işlərin görüldüyünü söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]