MƏDƏNİYYƏT
Pianoçu tələbələrin konserti
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin instrumental ifaçılıq kafedrasının baş müəllimi, beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbinə Mehdiyevanın tələbələrinin konserti olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konsertdə II kurs tələbəsi Məleykə Məmmədova, I kurs tələbələri İlahə Salmanzadə, Könül Kərimli, Gülşən Babayeva, Natəvan Dinikayeva və Lalə Əhmədova Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış ediblər.
Sonda rektor, professor Fərəh Əliyeva, Bakı Musiqi Akademiyasının dekanı, professor Nərminə Quliyeva və Səbinə Mehdiyeva tələbələri təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]