İQTİSADİYYAT
Polad İstehsalı Kompleksi ilə “BeLaz” şirkətinin əməkdaşlığı geniş perspektivə malikdir
Bakı, 28 noyabr, AZƏRTAC
“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin sədri Samir Cəfərovun Belarus Respublikasının sənaye nazirinin müavini Pavel Utyupinlə görüşü olub.
Kompleksdən AZƏRTAC-a bildiriblər ki, mövcud iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə “Azərbaycan Polad İstehsalı Kompleksi” ilə “BeLaz” şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Qeyd olunub ki, buəməkdaşlıq geniş perspektivə malikdir.
Kompleks barədə geniş məlumat verən Samir Cəfərov layihələndirilmə və tikinti istiqamətində görüləcək işlərdən danışıb. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Pavel Utyupin qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]