Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polşa Respublikasının Prezidenti Bronislav Komorovskidən

Hörmətli cənab Prezident,

Sizi və Azərbaycan xalqını Respublika Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Regionda və Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə xidmət edən Polşa-Azərbaycan əməkdaşlığının uğurlu inkişaf perspektivlərinə çox şadam. Polşa Avropa İttifaqının Azərbaycan ilə siyasi münasibətlərinin formalaşmasında maraqlıdır. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini diqqətlə müşahidə edirik. Yeni əməkdaşlıq müqaviləsinin qəbul edilməsinin Azərbaycan ilə Avropa İttifaqının münasibətlərində mühüm mərhələ olacağına əminəm.

Ümidvaram ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq daha da inkişaf edəcək, dostluq münasibətləri getdikcə dərinləşəcək.

Möhtərəm cənab Prezident, Sizə və Azərbaycan xalqına uğurlar arzu edirəm.

Ən dərin hörmətlə,

Bronislav Komorovski

Polşa Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin