DÜNYA
Polşada yeni müdafiə-sənaye holdinqi işə başlayıb
Holdinqin proqnozlaşdırılan illik dövriyyəsinin həcmi 1 milyard avrodan çox olacaq
Qrupun prezidenti Voytsex Dombrovski bildirib: “Biz dünyanın bu qitəsində ən böyük müdafiə konserni yaradırıq. Başqa ölkələr buna bizdən əvvəl nail olublar. Etiraf etməliyik ki, onlar bu işdə sanballı uğurlar qazanıblar”.
V.Dombrovski qeyd edib ki, PMQ ölkənin milli təhlükəsizliyinin əsas elementinə çevrilməlidir.
Qrup gələcəkdə Polşa ordusunun modernləşdirilməsində fəal iştirak etməyi və xarici ölkələrdə müştərilər axtarmağı planlaşdırır.
Polşa müdafiə-sənaye kompleksi müəssisələrinin birləşdirilməsi təşəbbüsü bir il əvvəl elan edilmişdir. Qrup çərçivəsində Müdafiə Nazirliyinə, Dövlət Xəzinəsi Nazirliyinə, habelə Sənaye İnkişaf Agentliyinə məxsus 30-a yaxın dövlət şirkəti fəaliyyət göstərəcəkdir. Polşa müdafiə holdinqinin firmaları, keçmiş “Bumar” qrupu, habelə ağır sənaye müəssisələri, elmi-tədqiqat institutları və texnoloji emalatxanalar qrupa daxil olacaqlar.
Holdinqin qərargahı Radom şəhərində yerləşir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava