DÜNYA
Polşanın Baş naziri Ukraynaya səfər edəcək
Varşava, 31 yanvar, AZƏRTAC
Polşanın Baş naziri Mariuş Moravietski fevralın 1-də Kiyevə səfər edəcək və Ukraynanın dövlət və hökumət rəhbərləri ilə görüşəcəkdir.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi böhranla əlaqədar Ukraynaya dəstək olmaq və Avropada sülhün qorunması üçün səyləri gücləndirməkdir. Polşa hökumətinin sözçüsü Peter Müller mətbuata verdiyi açıqlamada bildirib ki, səfər zamanı regiondakı vəziyyətlə bağlı məsləhətləşmələr də aparılacaq.
Xatırladaq ki, yanvar ayında Polşanın və Ukraynanın dövlət başçıları Andjey Duda və Volodimir Zelenski arasında da görüş keçirilmişdi və əsas mövzu regiondakı təhlükəsizlik məsələləri idi.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [21:02]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]