SİYASƏT
Prezident: Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün cəlbedici olacaq VİDEO
![Prezident: Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün cəlbedici olacaq VİDEO](/files/2024/1/1200x630/17105895393705347425_1200x630.jpg)
Bakı, 16 mart, AZƏRTAC
Nəqliyyat sahəsində yaradılan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bir-iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyətinin bir milyon tondan beş milyon tona çatdırılacağını xatırladan dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.