Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur VİDEO

Bakı, 3 iyul (AZƏRTAC). İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur. 

Prezident İlham Əliyevin Sərəncam və göstərişləri əsasında Bakıda həyata keçirilən quruculuq işləri, ilk növbədə, paytaxtın inkişaf strategiyasına uyğun aparılır. Tikilən binalar paytaxtın simasına xüsusi yaraşıq verir, müasirləşən şəhərimizin memarlıq quruluşuna əlavə çalarlar qatır. İndi Bakının bütün rayonlarında davam edən abadlıq-quruculuq işləri paytaxtın kompleks inkişafını təmin edir. Bu sırada son illərdə paytaxtın Binəqədi rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyətinin binasında yenidənqurmadan sonra yaradılan şərait bir məqamı təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi işinin stimullaşdırılması diqqət mərkəzində saxlanılır. Bundan başqa, müasir memarlıq üslubunda yenidən qurulan bina həm də bu ərazinin görkəminə xüsusi gözəllik verir.

Dövlətimizin başçısına məlumat verən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirdi ki, bina 1970-ci illərin əvvəllərində inşa edilmişdir. Sovet dövründə burada rayon partiya komitəsi yerləşmişdi. Daha sonra binadan başqa təyinatlar üçün istifadə olunmuşdur. Ötən illərdə binada əsaslı təmir işləri aparılmamışdır. Keçən ilin mayından binanın tamamilə yenidən qurulmasına başlanmışdır. Bina bir mərtəbə artırılmış və müasir memarlıq üslubunda yenidən qurulmuşdur.

Diqqətə çatdırıldı ki, ümumi sahəsi dörd min kvadratmetr olan beşmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Heydər Əliyev adına parkın qərb hissəsində yerləşən binanın fasadının ağ rəngli yerli tikinti materialları ilə üzlənməsi onun görkəminə xüsusi yaraşıq verir. Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, divarda Binəqədi rayonunun inzibati xəritəsi asılmışdır. İş otaqlarının arakəsmələrində şəffaf, interyerdə isə Avropa ölkələrində istehsal olunan materiallardan istifadə edilmişdir.

Prezident İlham Əliyev binanın yeməkxanası ilə tanış oldu.

Vurğulandı ki, inzibati binada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki şərait yaradılmışdır.

Prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətində sakinlərin müraciəti üçün yaradılmış “1646” xidməti ilə də tanış oldu. Sakinlər icra hakimiyyətinə gəlmədən müraciətlərini daha çevik və operativ şəkildə telefonla çatdıra və məlumat ala bilərlər. “1646” xidməti bütün mobil operatorlardan və stasionar telefonlardan eyni vaxtda 30 zəngi qəbul edir. Xidmətə daxil olan icra hakimiyyətinin vəzifə və səlahiyyətlərinə aid müraciətlər qanunvericilik bazası üzrə “Sual-cavab” blokuna əsasən cavablandırılır. Yaradılan şərait rayon icra hakimiyyətində “elektron hökumət”in bir çox elementlərinin reallaşdırılmasına imkan vermişdir. İnzibati binada, həmçinin elektron kargüzarlıq, sakinlərlə və yerli icra nümayəndəlikləri ilə videokonfrans zalı, elektron xəritə, operativ idarəetmə mərkəzi, elektron köşklər və digər texniki vasitələr quraşdırılmışdır. Bütün bunlar Binəqədi Rayon İcra Hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədilə yaradılmışdır.

Prezident İlham Əliyev böyük akt zalı ilə də tanış oldu.

Bildirildi ki, binaya bitişik 270 yerlik akt zalının divar və tavanında, zalın daxili tərtibatında müasir materiallardan istifadə olunmuşdur. Akt zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait vardır.

Sonra dövlətimizin başçısı təqdimat otağında elektron xəritə ilə tanış oldu.

Qeyd edildi ki, burada rayonun bütün ərazisi üzrə vahid elektron xəritə-məlumat bazası yaradılmışdır. Sistem artıq rayon təsərrüfatının idarə olunmasında ən yeni texnoloji vasitə kimi tətbiq edilməyə başlanmışdır. Elektron xəritənin köməyi ilə planlaşdırma aparılır və həyata keçirilən işlər haqında operativ məlumatlar əldə edilir.

Prezident İlham Əliyevə son bir ildə rayonda görülən işlər barədə də məlumat verildi.

Diqqətə çatdırıldı ki, ötən dövr ərzində rayon ərazisində 6 yeni park salınmış, ikisi əsaslı təmir edilmiş, 24 yeni mədəni-kütləvi tədbirlər evi sakinlərin istifadəsinə verilmişdir. Rayonda 166 kilometr yol asfaltlanmış, 127 min kvadratmetrlik fasad işləri görülmüşdür. Ekoloji tarazlığın təmin edilməsi məqsədilə 10 minə yaxın yeni ağac, 120 minə yaxın çiçək və bəzək kolu əkilmiş, 76 min kvadratmetrlik çəmənlik salınmışdır. Azadlıq prospekti boyunca yerləşən binaların fasadları müasir üslubda üzlənmiş, işıqlandırılmışdır. Bakı-Sumqayıt avtomagistralının rayon ərazisindən keçən hissəsinin hər iki tərəfi milli ornamentli landşaft memarlığı elementlərindən istifadə olunmaqla yenidən qurulmuşdur. Binəqədi və Biləcəri qəsəbələrində daxili və qəsəbələrarası yollar genişləndirilmişdir. Bütün bunlarla yanaşı, vətəndaşlara elektron xidmətlərin göstərilməsi, idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrində də strateji layihələr həyata keçirilmişdir. Artıq rayon icra hakimiyyətində avtomatlaşdırılmış informasiya sistemi yaradılmışdır. Bu sistemin geniş imkanları sayəsində real vaxt rejimində elektron qaydada sənədlərin qəbulu, onların yoxlanılması, çatışmazlıqların aşkar edilməsi və qiymətləndirilməsi həyata keçirilir. Yeni sistemdə dörd - kargüzarlıq, kadr, ev təsərrüfatları və sosial iqtisadi təhlil altsistemləri fəaliyyət göstərir. Rayon icra hakimiyyətində, həmçinin onlayn videoqəbul da yaradılmışdır. Sakinlər binaya gəlmədən qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları maraqlandıran məsələlərlə bağlı rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər.

Dövlətimizin başçısı inzibati binada yaradılmış şəraiti yüksək qiymətləndirdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur VİDEO

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq