Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

Bakı, 1 noyabr (AZƏRTAC). Prezident İlham Əliyev noyabrın 1-də Dənizkənarı Milli Parkda “Kiçik Venesiya şəhərciyi” adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının inşası və Yeni Bulvar ərazisində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Əvvəlcə “Kiçik Venesiya şəhərciyi” adlanan əraziyə gələn dövlətimizin başçısına məlumat verildi ki, burada əsaslı yenidənqurma və bərpa işlərinə bu ilin iyununda başlanmışdır. Ümumi sahəsi 9740 kvadratmetr olan şəhərcikdə işlərin böyük əksəriyyəti artıq başa çatdırılmışdır.

Prezident İlham Əliyev şəhərciyin yenidənqurmadan sonrakı görüntülərini əks etdirən stendlərə baxdı. Bildirildi ki, ərazidə bütövlükdə tikinti və yenidənqurma işləri gələn ilin fevralında yekunlaşdırılacaqdır. Burada yaradılan ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalda 10 qayığın üzməsi nəzərdə tutulmuşdur. İstirahətə gələn vətəndaşların və qonaqların şəhərciyin ərazisində həm qayıqda, həm də piyada sərbəst hərəkəti üçün altı körpü və bir tunel tikilmişdir. Kanalların doldurulması üçün min kubmetr həcmində su anbarı, 600 kubmetr həcmində isə sutəmizləyici sahə yaradılmışdır. Kanalların doldurulması üçün 7 min kubmetr su sərf olunacaqdır.

Şəhərciyin ərazisində iki restoran da inşa edilir. Restoranlarda müştərilərə Azərbaycan, Şərq və Avropa mətbəxinin nümunələri təqdim olunacaqdır. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılacaq, yaşıllıq zolağı salınacaqdır. Kanallarda, fəvvarələrdə, körpülərdə və tuneldə qurulacaq işıqlandırma sistemi axşam saatlarında şəhərciyi ən sevimli istirahət guşələrindən birinə çevirəcəkdir. Əsl Venesiyanı xatırladacaq “Kiçik Venesiya şəhərciyi” öz gözəlliyi ilə paytaxta xüsusi yaraşıq verəcəkdir.

X X X

Sonra Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə maraqlandı.

Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun birgə layihəsi əsasında inşa edilən binanın tikintisinə 2008-ci ilin mayında başlanmışdır. Milli memarlıq ənənələrinə daha çox üstünlük verilən Xalça Muzeyinin dördmərtəbəli yeni binasının tikintisi artıq başa çatmaq üzrədir. Ümumi sahəsi 18 min kvadratmetrdən çox olan binanın birinci mərtəbəsində muzeyə gələn qonaqlar üçün guşələr, inzibati və elmi zona, eksponatlar saxlanılan xüsusi yerlər, ikinci mərtəbədə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, suvenir və kitab köşkü, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları yaradılacaqdır. Dördüncü mərtəbədə isə sərgi salonları və görüş otaqları yerləşəcəkdir. Binanın zirzəmisində ən müasir avadanlıqla təchiz olunan arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri fəaliyyət göstərəcəkdir. Burada, həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün də sahə nəzərdə tutulmuşdur. Binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaqdır.

Muzeyin yeni binası istifadəyə verildikdən sonra burada 200 nəfərin çalışacağı nəzərdə tutulmuşdur. Yeni bina Bakının memarlıq ansamblına xüsusi gözəllik gətirəcəkdir.

X X X

Azərbaycan Prezidenti daha sonra Dənizkənarı Milli Parkın Yeni Bulvar adlanan hissəsinə gəldi.

Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi istiqamətində aparılan tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Yeni Bulvarın uzunluğu 1800 metrədəkdir. Burada 25 metr enində hərəkət və gəzinti zolağı inşa olunur. Bu hissədə işlər artıq başa çatmaq üzrədir. Burada Dənizkənarı Milli Parka aid avtomobillərin hərəkəti üçün yol da inşa olunacaqdır.

Prezident İlham Əliyev Yeni Bulvarın planının əks olunduğu stendə baxdı. Bildirildi ki, gəzinti zolağı boyunca yaşıllıqlar salınacaq, istirahət guşələri yaradılacaq, uşaqlar üçün attraksionlar quraşdırılacaqdır. Dənizkənarı Milli Parkın mövcud hissəsinə birləşərək Dövlət Bayrağı meydanına qədər uzanan Yeni Bulvarda əhalinin istirahəti üçün bütün şərait yaradılacaqdır. Burada inşaat işlərinin gələn ilin aprelində başa çatdırılması nəzərdə tutulmuşdur.

Qeyd olundu ki, köhnə gəmi təmiri zavodunun yerləşdiyi ərazidə təmizləmə işləri daha da sürətləndirilmişdir. Ümumi sahəsi 43 min kvadratmetr olan Yeni Bulvarın ərazisində 34 min kvadratmetr sahədə betonlanma işləri həyata keçirilmişdir.

X X X

Dövlətimizin başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün burada ən müasir əyləncə və yeni xidmət növlərinin yaradılması ilə bağlı tapşırıqlarını verdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin yük avtmobilləri Orta Dəhliz vasitəsi ilə daşımalara başlayıb

Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Qazaxıstandan Çinə keçib

Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər azalıb

Türkiyədə "Qərbi Azərbaycana Qayıdış" Qars Forumu keçirilib

Fransa klubunun futbolçusu skuterlə adam öldürüb

DSMF sədri Belarusun ƏSMF rəhbəri ilə əməkdaşlıq perspektivini müzakirə edib

“Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında V tur başa çatıb

BMU-nu 97.8 balla bitirən məzun magistratura təhsilini süni intellekt ixtisası üzrə davam etdirəcək

Fransanın daxili işlər naziri parlament seçkilərindən sonra istefa verəcək

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib YENİLƏNİB

Şanxay Əməkdaşlıq Təşkilatının Astana Bəyannaməsi qəbul edilib

“Azəri-Çıraq-Günəşli”nin gəlirləri açıqlanıb

Avro-2024: Niderland –Türkiyə oyununu idarə edəcək hakimlərin adı açıqlanıb

Ötən ay hər bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın məbləği 2,68 faiz artıb

Azərbaycanın Çinlə münasibətlərinin qarşılıqlı faydaya əsaslanması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir - ŞƏRH

MEDİA-nın və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Media ayı” başa çatıb

Şəkidə 64 yaşlı piyadanı maşın vurub

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 5 il ötür

Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə araşdırmaları davam etdirilir

Mərkəzi Bank: Bugünkü hərracda tələb 61,3 milyon dollar təşkil edib

Yasamalda evin qanunsuz sökülməsi ilə bağlı vətəndaşın iddiası araşdırılıb

Anastasiya Lavrina: Böhtan xarakterli qətnamə layihələri ABŞ-ın Azərbaycandakı nüfuzuna xələl gətirir

Mütəxəssis: Vətəndaş kağız üzərində yazılan resept əvəzinə həkimdən elektron resept tələb edə bilər

Azərbaycan həndbol millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb EKSKLÜZİV

“SABAH-ın məzunu – 2024” mərasimi keçirilib

Kürdəmirdə yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb

Avropa çempionatı: Azərbaycan güləş millisi komanda hesabında üçüncü olub

FHN: Ötən sutka ərzində 39 halda yanğına çıxış olub

Magistraturaya ən aşağı müsabiqə vəziyyətinin olduğu sahələrin adları açıqlanıb

İşğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunan diaspor nümayəndələrinin sayı açıqlanıb

Ceff Bezos “Amazon”un 5 milyard dollarlıq səhmlərini satışa çıxaracaq

Azərbaycanı Cənubi Koreyada təmsil edəcək parataekvondoçular müəyyənləşib

ADMİU məzununun quruluş verdiyi əsər Gənc Tamaşaçılar Teatrının səhnəsində

Ali məktəblərin magistratura səviyyəsinə ayrılmış plan yerlərinin 84.69 faizi dolub

Salyanda pambıq sahələrinə bioloji mübarizə üçün trixoqramma həşəratı buraxılıb

Tramp rəqibi Baydenin seçki yarışından çəkiləcəyini düşünür

Paytaxt məktəblərinin məzunlarına attestatlar verilir

İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günü başlayıb

6 qitədən, 65 ölkədən 350-yə yaxın çaynik kolleksiyası - Azərbaycanda bir ilk REPORTAJ VİDEO

AFFA rəsmisi Emin Cəfərov UEFA-dan təyinat alıb

Hindistanın Assam ştatında daşqınlar 1,6 milyon insana ziyan vurub

® “Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanı təşkil olunacaq

Lionel Messi Amerika Kubokunun 1/4 final mərhələsinin oyununu buraxa bilər

BANM-də “Açıq qapı” günü

Çindən Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb

Azərbaycan Prezidenti: Bölgədə davamlı sülhün bərqərar olunması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik

Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Cozef Baydenə

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı bir sıra qaydalar təsdiqlənib

AQTA sədri Ağdam rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək

Lənkəranın bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Qarsda “Qərbi Azərbaycana qayıdış” mövzusunda forum keçirilib

Bu il “SABAH” qruplarından 1066 tələbə məzun olur

Azərbaycan ilə Özbəkistan mərkəzi bankları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir

Taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb - 2 milyon tondan çox məhsul yığılıb

Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması Qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Braziliya millisinin tanınmış üzvü İtaliya klubuna keçib

Sürət qatarı sayəsində Ankaradan İstanbula 80 dəqiqə ərzində çatmaq mümkün olacaq

Ötən gün 2 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan və Ukrayna münasibətlərinə həsr olunan kitabın növbəti cildi çapdan çıxıb

DİN: İyulun 3-də 3 tüfəng təhvil götürülüb, axtarışda olan 2 nəfər istintaqa təhvil verilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 570-dək benefisiar təlimlərə cəlb olunub

DİN: Ötən gün 31 cinayətin üstünün açılması təmin olunub

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılıb

Birinci yarımildə Energetika Nazirliyinə 3 minə yaxın zəng daxil olub

XİN: İQAK-ın Azərbaycanla bağlı ictimai bəyanatı hüquqi baxımdan sual yaradır

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

İyulun 7-də 47500-dən çox abituriyentin II və III ixtisas qrupları üzrə imtahan verməsi gözlənilir

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Qobustan rayonunda təsərrüfatların 90 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Astanada ŞƏT-in Zirvə toplantısı keçirilir

İraqın Ali Məhkəmə Şurasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

Azərbaycan nefti ucuzlaşıb

Bu ilin 6 ayı ərzində 10 rayonda keçirilmiş Aqrar Biznes festivallarında 6756 fermer iştirak edib

Paytaxtın 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Çində süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Otuz ildən artıq məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb

Prezident İlham Əliyevin Astana Sammitində iştirakı Azərbaycana bir sıra üstünlüklər qazandırır - ŞƏRH

ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

Ali Radanın deputatı: Ukraynaya F-16 qırıcıları bu ay gətiriləcək

Paytaxtın Mikayıl Müşfiq küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Sorğu: Amerikalıların 80 faizi Baydenin yenidən prezident seçilmək üçün çox yaşlı olduğunu düşünürlər

Beyindəki zaman hüceyrələri alimləri təəccübləndirib

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar Günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var