Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Kəngərli rayonunda ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı ilə tanış olmuş, mədəniyyət evinin açılışında iştirak etmişdir

Kəngərli, 30 may (AZƏRTAC). Mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəlmişdir.

Dövlətimizin başçısı rayonun mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Sonra Azərbaycan Prezidenti burada Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan

Prezident İlham ƏLİYEV dedi:

- Biz iki il əvvəl də sizinlə görüşmüşük. İki il əvvəl ulu öndərin abidəsinin açılışında bərabər idik. Mən çox şadam ki, bu iki il ərzində Kəngərli rayonunda böyük işlər görülmüşdür. Burada doğrudan da, gözəl mərkəz yaradılmış, yeni inzibati binalar tikilmişdir, indi fərdi evlər də tikilməkdədir. Gözəl mədəniyyət evi tikilmişdir. Yəni, Kəngərli rayonunun inzibati mərkəzi artıq yaradılmış və böyük dərəcədə inkişaf etmişdir. Bu, məni çox sevindirir. Çünki Naxçıvan Muxtar Respublikasının hər bir tərəfində, hər bir rayonunda sürətli inkişaf gedir və getməlidir.

Son illər ərzində muxtar respublika böyük və şərəfli yol keçmişdir. Təkcə bu gün mən həm Naxçıvan şəhərində, həm də Kəngərli rayonunda bir sıra tədbirlərdə iştirak etmişəm. Günortadan sonra isə Culfa rayonunda bir sıra tədbirlərdə iştirak edəcəyəm. Bu tədbirlər çoxşaxəlidir, bütün sahələri əhatə edir. Hər bir yerdə, hər bir rayonda sürətli inkişaf gedir və respublikanın qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Həm sosial-iqtisadi inkişafla bağlı məsələlər həll olunur, həm də biznes mühitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Bu dinamika, bu inkişaf muxtar respublikanın iqtisadi göstəricilərində də öz əksini tapıbdır. Keçən ilin yekunlarına görə həm sənaye, həm kənd təsərrüfatı istehsalı, həm də ümumi daxili məhsul artmışdır. Bu, məni çox sevindirir. Naxçıvanın Azərbaycanda xüsusi yeri vardır. Bu, muxtar respublikadır, qədim Azərbaycan torpağıdır. Burada işlər yaxşı getdiyi üçün bunun ümumi işimizə böyük təsiri və töhfəsi vardır.

Bu gün gözəl mədəniyyət evinin açılışında toplaşmışıq. Bir neçə il əvvəl Naxçıvanda Heydər Əliyev adına möhtəşəm Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdik. İndi isə Kəngərli rayonunda mədəniyyət evinin açılışında iştirak edirik. Bu, böyük rəmzi məna daşıyır. Çünki bir neçə il əvvəl Kəngərli rayonu inzibati ərazi kimi mövcud deyildi. Bir neçə il bundan əvvəl Vasif Talıbov belə təşəbbüslə çıxış etmişdi. Mən bu təşəbbüsü təkcə kağız üzərində deyil, əməldə dəstəklədim və qısa müddətdə rayon yaradıldı. Qeyd etdiyim kimi, bu gün rayonun artıq inzibati mərkəzi vardır. Bu mərkəz böyüyəcəkdir və əminəm ki, gələcək illərdə Kəngərli rayonunda bundan da gözəl və yaxşı işlər görüləcəkdir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, Kəngərli rayonunun və bütün Naxçıvan Muxtar Respublikasının sakinlərinə yeni uğurlar arzu edirəm.

X X X

Kəngərli rayon sakinləri adından çıxış edən Qarabağlar kənd 2 nömrəli orta məktəbin müəllimi Minarə BAYRAMOVA dövlətimizin başçısına minnətdarlığını çatdıraraq dedi:

- Möhtərəm Prezident! Bu gün biz Azərbaycanın hər bir bölgəsində müşahidə olunan sürətli inkişafın şahidiyik. Bütün bunların kökündə ulu öndər Heydər Əliyevin yoluna, siyasi və nəzəri irsinə sədaqət dayanır.

Muxtar respublikanın ən gənc rayonu olan Kəngərli səkkiz il bundan əvvəl Sizin tərəfinizdən yaradılmışdır. Sizin muxtar respublikamıza hər səfəriniz rayonumuzda da yeni sosial obyektlərin istifadəyə verilməsi ilə əlamətdar olmuşdur.

2010-cu ildə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinin və Kəngərli rayon ərazisindən keçən Naxçıvan-Sədərək avtomobil yolunun açılışında iştirak etmiş və rayonumuzda aparılan quruculuq işlərini yüksək qiymətləndirmişdiniz.

Bu gün Sizin himayənizlə Kəngərli rayon mədəniyyət evi və Heydər Əliyev mədəniyyət və istirahət parkı istifadəyə verilir. Bu, bütün rayon sakinlərinin böyük sevincinə səbəb olub, hamımızda əsl bayram əhval-ruhiyyəsi yaradıb. Tikilən belə müasir binalar, salınan parklar dövlətimizin iqtisadi gücünü və Prezidentimizin ölkəmizin ən qiymətli sərvəti olan insanlara qayğısının təzahürdür.

Möhtərəm Prezident! Sizin həyata keçirdiyiniz siyasi xətt Azərbaycan xalqının iradəsinə söykənir. Biz bu siyasi xəttə sadiqik və inanırıq ki, Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımız daha da inkişaf edib çiçəklənəcəkdir.

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

Dövlətimizin başçısı Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

X X X

Daha sonra Azərbaycan Prezidenti parkın ərazisində inşa olunmuş Kəngərli rayon mədəniyyət evinin açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, mədəniyyət evinin binası müasir görkəmi ilə diqqəti cəlb edir. Sahəsi 1743 kvadratmetr olan ikimərtəbəli binanın inşası zamanı milli ornamentlərdən də geniş istifadə olunmuşdur. Son illərdə Azərbaycanda mədəniyyətin inkişafı və təbliği ilə bağlı həm ölkə rəhbərliyi, həm də Heydər Əliyev Fondu tərəfindən mühüm tədbirlər həyata keçirilir. Kəngərli rayon mədəniyyət evinin inşası da mədəni irsimizin inkişafı istiqamətində bölgələrdə də xeyli işin görülməsini təsdiq edir.

Dövlətimizin başçısı binada yaradılmış şəraitlə yaxından tanış oldu.

İkimərtəbəli binanın foyesində Prezident İlham Əliyevin 2010-cu ilin oktyabrında Kəngərli rayonuna səfəri ilə bağlı fotoşəkillərdən ibarət guşə yaradılmışdır. Birinci mərtəbədə inzibati otaqlarla yanaşı, 286 yerlik tamaşa zalı vardır. Burada müasir işıqlandırma sistemi və işıq effektləri yaradan xüsusi sistem quraşdırılmışdır. Binanın ikinci mərtəbəsində 6 inzibati otaq fəaliyyət göstərir. Bundan əlavə, binada dekorasiya otağı və istirahət guşəsi yaradılmışdır. Mədəniyyət evinin binası müasir havalandırma sistemi ilə təchiz olunmuşdur.

Daha sonra Azərbaycan Prezidenti ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 5 hektar ərazini əhatə edən parkda əhalinin mənalı istirahəti üçün hər cür şərait yaradılmış, yaşıllıqlar salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Burada fəvvarə, müasir dizaynda oturacaqlar quraşdırılmış və istirahət guşələri, uşaq oyun parkı inşa edilmişdir. Maraqlı attraksionlar, əyləncəli oyunlar uşaqların istirahətinin ən yüksək səviyyədə təşkilinə imkan verir. Parkda müasir işıqlandırma və suvarma sistemləri yaradılmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan Azərbaycanı “dar günün dostu” kimi səciyyələndirir

Moskva Kiyevdən əsir mübadiləsi üçün siyahını aldığını təsdiqləyib

Azərbaycan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindəndir

Ukrayna Rusiyaya “1000-ə 1000” formatında əsir mübadiləsi üçün siyahı təqdim edib

Moskvada “İRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

Ağdam sakini: Vətənimə, ata yurduma qayıtdığım üçün çox xoşbəxtəm

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Türkiyəli ekspert: Dünya ictimaiyyəti Qərbi Azərbaycan haqqında həqiqətləri bilməlidir

Qazaxıstan Silahlı Qüvvələri PUA operatorlarının hazırlığını gücləndirəcək

İtaliyada əhalinin 4,6 milyon nəfərini yaşlılar təşkil edir

Putin Ukrayna ilə sərhəddə bufer zonasının yaradılmasını elan edib

Serbiya Aİ-nin Vahid Avro Ödəniş Ərazisinə qoşulub

Ankarada Zeynalabdin Tağıyevə həsr olunmuş tədbir keçirilib

Britaniyanın “Diplomat” jurnalında Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş məqalə dərc olunub

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib

ABŞ 15 gün sonra Sudana sanksiya tətbiq edəcək

Uruqvayda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Media: İyunda Vatikanda Rusiya və Ukrayna tərəflərinin görüşü keçirilə bilər

Türkiyənin TÜRPAV Fondunun rəhbəri: Qərbi Azərbaycan məsələsində ədalətin zəfər çalacağına inanırıq

İngiltərədə perinatal mərkəzdə güclü yanğın baş verib

Türkiyə Təhlükəsizlik Şurası: Azərbaycan və Ermənistan arasında sülh bölgədəki bütün tərəflərə müsbət təsir göstərəcək

İsmayıllıda erkən evliliyə, qan qohumları arasında nikahlara qarşı hüquqi maarifləndirmə gücləndirilir

Azərbaycanla Macarıstan arasında diplomatik münasibətlər müasir beynəlxalq əməkdaşlığın uğurlu nümunələrindən biridir - ŞƏRH

“Voice of Asia: CICA Digest” jurnalının 2025-ci il üzrə ilk buraxılışı dərc olunub

Azərbaycanda qadınlar avtobus idarə edəcək VİDEO

Azərbaycanda qadınlar avtobus idarə edəcək VİDEO

Keçmiş münaqişə dövründə Ermənistanın Azərbaycanın suveren ərazilərinə hərbi müdaxilə etmə öhdəliyi götürmək barədə imzaladığı məxfi sənədlə bağlı material məhkəmədə tədqiq olunub

PUA Akademiyasının buraxılış mərasimi keçirilib

"Real Madrid" Luka Modriç ilə vidalaşıb

Siyəzəndə minik maşını aşıb, bir ailənin 4 üzvü yaralanıb

Fridrix Merts Almaniya ordusunun 45-ci tank briqadasının Litvada yerləşdirilməsi ilə əlaqədar bu ölkəyə səfər edib

Balaxanıda uşaq və gənclərlə Biomüxtəliflik Günü qeyd olunub

Sabirabadda yol qəzası olub, ölən və yaralılar var

Mingəçevir Dövlət Universiteti regionda ilkə imza atıb

® “Azercell”in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib

ADNSU-da gənclər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə tədbir keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 18 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda məruzə edib

Ərəbdilli mənbələrdə Arranın hüdudları – elmi-praktik seminar

"YAŞAT" Fondunun dəstək tədbirləri davam edir

Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğalı zamanı Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub

Ulu Öndərin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr edilmiş minifutbol turniri başa çatıb

AQC sədri: Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası Azərbaycanda qeydiyyata alınacaq

Britaniya Çaqos adalarının suverenliyini Mavrikiyə verməklə bağlı sazişi imzalayıb

Məşğulluq Strategiyasının icrası ilə bağlı monitorinqin nəticələri müzakirə edilib

ADY nümayəndələri Çinin Sian və Çendu limanlarının fəaliyyəti ilə tanış olublar

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib

® Özbəkistan cərrahları Mərkəzi Gömrük Hospitalında ustad dərslərində iştirak ediblər

“Azərişıq”: Azad edilmiş əraziləri qısa müddət ərzində keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədimizdir

Akademik: Qarabağ və Şərqi Zəngəzur üçün ayrıca “Qırmızı kitab”ın hazırlanması mühüm əhəmiyyət kəsb edir

Erkən nikah: vaxtsız qərarlar, yarımçıq həyatlar VİDEO

Erkən nikah: vaxtsız qərarlar, yarımçıq həyatlar VİDEO

Naxçıvanda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirən, həmin əşyanı istifadə edən şəxslər aşkarlanıb

GLOBE Şəbəkəsinin Bakıda keçirilən 6-cı Plenar iclası uğurla başa çatıb VİDEO

GLOBE Şəbəkəsinin Bakıda keçirilən 6-cı Plenar iclası uğurla başa çatıb VİDEO

Uşaq İncəsənət Festivalı Samuxda

BMT-nin Baş katibi Vaşinqtonda İsrail səfirliyi əməkdaşlarının qətlini pisləyib

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

Azərbaycanda internet sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün tədbirlər görüləcək

Qazaxda yük maşını qatarla toqquşub

Musiqi müəllimlərinin attestasiyası ilə bağlı infotur təşkil olunub

Akademik İsmayıl Hacıyev: Prezidentin Sərəncamı Möminə xatun türbəsinə yeni həyat verəcək

Azərbaycan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcək

YAP nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb

GLOBE Şəbəkəsinin 7-ci Plenar iclası Rumıniyada keçiriləcək

“Peşən Sənsən”: Ağdaşda peşə festivalı gəncləri bir araya gətirdi VİDEO

“Peşən Sənsən”: Ağdaşda peşə festivalı gəncləri bir araya gətirdi VİDEO

İcma: Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir

İkili diplom proqramları çərçivəsində Rəhbər Komitə üzvləri ABŞ-da səfərdə olublar

Baş prokurorun müavini: Bakı 2026-cı ildə İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurumlarının yüksəksəviyyəli görüşünə ev sahibliyi edəcək VİDEO

Baş prokurorun müavini: Bakı 2026-cı ildə İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurumlarının yüksəksəviyyəli görüşünə ev sahibliyi edəcək VİDEO

Qarabağ atları yenidən Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında

COP29-un rəhbəri Sankt-Peterburqda Xəzər dənizində suyun səviyyəsinin azalmasına dair sessiyaya moderatorluq edib

“Google” alış-verişdən əvvəl virtual geyim sınağı funksiyasını işə salıb

Alimlər Leonardo da Vinçinin genetik kodunun sirlərini açıb

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

İmişlidə pambıq tayasında yanğın baş verib VİDEO

İmişlidə pambıq tayasında yanğın baş verib VİDEO

Fransada təsərrüfatçıların təxminən 18 faizi yoxsulluq həddinin altında yaşayır

Nazim Rəcəbov: GLOBE Şəbəkəsi korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacib platformasıdır VİDEO

Nazim Rəcəbov: GLOBE Şəbəkəsi korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacib platformasıdır VİDEO

Aşağıbüdcəli aviaşirkətlər artıq gələn ildən ayaqüstü yerlər təklif edə bilər

Mən turist olsaydım – Kövrəkliyini bənövşədən, rəngini qızılgüldən alan lalələr FOTO  VİDEO

Mən turist olsaydım – Kövrəkliyini bənövşədən, rəngini qızılgüldən alan lalələr FOTO VİDEO

Professor Mahirə Hüseynova erməni yalanlarını ifşa etdi

Azərbaycan millisinin baş məşqçisi: Avropa Gümüş Liqasında gözəl oyun göstərib, qalib gəlməyə çalışacağıq

“Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADAU-nun milli H-indeksi yüksəlib, 12 əməkdaşı ən reytinqli 1000 alim siyahısında yer alıb

“Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® “Birbank”ın dəstəyi ilə Vəfa Musayeva bayrağımızı Everest zirvəsinə sancıb

Terrorçunun cəzalandırılması Azərbaycan dövlətinin qəti və prinsipial mövqeyinin nəticəsidir VİDEO

Terrorçunun cəzalandırılması Azərbaycan dövlətinin qəti və prinsipial mövqeyinin nəticəsidir VİDEO

Azərbaycan Boks Federasiyası Dünya Boksuna (World Boxing) üzv olub

“Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib

Suriyanın turizm naziri: sanksiyaların ləğvindən sonra turizmdə böyük sərmayələr gözləyirik

Azərbaycan Astanada hüquqşünasların konqresində təmsil olunub

BMU-da tələbə və məzunlar üçün karyera festivalı keçirilib

Ukrayna Ali Radası sədrinin birinci müavininə “Dəmir Yumruq” diplomu təqdim edilib

Şuşa Teatrında daha bir premyera - “İki əsgər”

"Araz-Naxçıvan" futzal klubu ölkə çempionatının qalibi olub

İstanbulda “Qloballaşan dünyada ailənin qorunması və gücləndirilməsi” mövzusunda Beynəlxalq Ailə Forumu keçirilir VİDEO

İstanbulda “Qloballaşan dünyada ailənin qorunması və gücləndirilməsi” mövzusunda Beynəlxalq Ailə Forumu keçirilir VİDEO

Naftalanda “Türk mətbəxi həftəsi” qeyd olunub

Litva gürcü diplomatlara qarşı sanksiya tətbiq edib

Tarix Muzeyində 28 May - Müstəqillik Gününə həsr olunmuş intellektual tədbir keçirilib

Məhkəmədə Ermənistanın Azərbaycanın suveren ərazilərinə hərbi müdaxilə etməsi öhdəliyini götürməsi barədə məxfi sənədin olmasını ifşa edən material nümayiş etdirilib

Professor Angela Tumini İlqar Səfatın “Doğma torpaq” filmi haqqında

Deputat: Türk dünyasının daha qətiyyətlə inkişafı və iqtisadi artımın inkişafı üçün regiona sülhün gətirilməsi vacibdir

Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlanır