Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

PREZİDENT İLHAM ƏLİYEV MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ YENİ İNZİBATİ BİNASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ YENİ İNZİBATİ BİNASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Bakı, 12 iyul (AZƏRTAC). İyulun 12-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışı olmuşdur.

Prezident İlham Əliyev binanın açılışında iştirak etmişdir.

Komissiyanın üzvləri və əməkdaşları dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham ƏLİYEV yeni binanın istifadəyə verilməsi münasibətilə komissiyanın üzvlərini təbrik edərək dedi:

- Yeni binanın istifadəyə verilməsi münasibətilə sizi ürəkdən təbrik edirəm. Mərkəzi Seçki Komissiyası üçün gözəl, möhtəşəm bina yaradılıbdır. Bu, çox gözəl bir haldır, yəni artıq sizin üçün iş şəraiti də çox uyğun olacaqdır. Həm gözəlliyi ilə seçilir, - indi içəri də baxacağam, - amma bildiyimə görə, həm də içəridə şərait yaxşıdır. Yəni, biz bütün lazımi tədbirləri görürük ki, sizin işiniz daha da yaxşı təşkil olunsun.

Mən çox şadam ki, son illər ərzində Mərkəzi Seçki Komissiyası öz işində böyük nailiyyətlər qazanıblar. Komissiyanın çox vacib funksiyaları vardır. Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər.

Sizin fəaliyyətinizdən çox şey asılıdır. Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulubdur, seçki prosesinin daha da təkmilləşdirilməsi işində beynəlxalq təşkilatlarla uğurlu fəaliyyət göstərir. Bu gün Azərbaycanda seçkilərin keçirilməsi prosesi artıq Avropa standartlarına uyğundur.

Əminəm ki, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycanda demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaqdır.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Həm memarlar, həm də inşaatçılar bu layihə üzərində uzun illərdir ki, işləyiblər. Əlbəttə, mən istəyirdim ki, həm xarici görünüşü də gözəl olsun, yeri də yaxşı yer seçilsin və eyni zamanda, daxildə də yaxşı şərait yaradılsın. Yerə gəldikdə, Bakının bu ucqar bölgəsi artıq mərkəzə yaxınlaşır, bu yaxınlarda metro da çəkilibdir, yeni stansiya da açılıbdır. Yəni, bura gəlmək asandır. Bir də ki, bu binalar təmir olunur. Burada Miqrasiya Xidmətinin binası bu yaxınlarda açılmışdır. Bura Bakının, bir növ yeni inzibati mərkəzinə çevriləcəkdir.

Bir daha sizi təbrik edirəm.

X X X

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir PƏNAHOV dövlətimizin başçısına komissiya üzvlərinin və əməkdaşların minnətdarlığını çatdıraraq dedi:

- Cənab Prezident, icazə verin, mən də komissiyanın bütün üzvləri adından, öz adımdan Sizə minnətdarlığımı bildirim. Komissiya üzvləri artıq bilirlər ki, bu bina layihələndirmə mərhələsindən tutmuş ta indiki mərhələyə qədər həmişə Sizin diqqətiniz altında olub. Biz də çalışmışıq ki, Sizin etimadınızı doğruldaq. İstəmişik ki, etimadınızı işimizlə doğrultduğumuz kimi, bina da Sizin ümumi standartlarınıza uyğun olsun. Siz özünüz layihəni bəyənəndən, ona öz xeyir-duanızı verəndən sonra çalışmışıq ki, bütün addımlar keyfiyyət baxımından Sizi qane edən standartlara uyğun olsun.

Mən deyərdim ki, komissiya üzvləri üçün bəlkə də Avropada analoqu olmayan bir iş şəraiti yaradılıbdır. Bizim bütün qonaqlarımız artıq məlumatlandırılıbdır. Mərkəzi Seçki Komissiyasının işi həmişə ulu öndərimizin diqqət mərkəzində olub və biz onun qayğısını daim hiss etmişik və sonra da həmişə Sizin hamiliyiniz, qayğınız altında fəaliyyət göstərmişik. Hesab edirəm ki, bizə göstərdiyiniz etimadı doğruldacağıq. Sizə uğurlar arzu edirik.

X X X

Sonra Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, milli eklektika üslubunda inşa olunmuş doqquzmərtəbəli binanın sifarişçisi Mərkəzi Seçki Komissiyası, layihənin müəllifi memar Vüqar Həsənov, podratçı təşkilat isə “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzidir.

Burada komissiya üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Hündürlüyü 39 metr olan binanın ümumi tikinti sahəsi 9600 kvadratmetrdir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dövlətimizin başçısına məlumat verərək bildirdi ki, birinci mərtəbədə 320 yerlik akt zalı yerləşir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bundan əlavə, ictimai informasiya mərkəzi və digər işçi otaqlar da birinci mərtəbədə yerləşir.

Prezident İlham Əliyev binanın yuxarı mərtəbəsində konfrans və qəbulların keçirilməsi üçün zalda yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, burada treninq və praktiki məşğələlərin keçirilməsi üçün treninq otağı, yeməkxana və digər yardımçı otaqlar yerləşir. Dövlətimizin başçısı eyvandan şəhərin mənzərəsini seyr etdi.

Qeyd edək ki, binada Mərkəzi Seçki Komissiyasının 100 nəfərlik iclas zalı da vardır. Xarici və beynəlxalq nümayəndələrin işləməsi də diqqətdən kənarda qalmamış, onlar üçün işçi otaqlar ayrılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, “Seçkilər” İnformasiya Mərkəzi də bu binada yerləşəcəkdir. Mərkəzin konfrans zalında seçkilər zamanı nəticələrin nümayiş olunması üçün böyük monitorlar quraşdırılmışdır. Bu monitorlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə (DAİS) qoşulmaqla səsvermənin gedişi və nəticələri haqqında məlumatların nümayiş olunması funksiyasını yerinə yetirir. Binada müxtəlif funksiyalı elektron şəbəkə quraşdırılmışdır ki, bu da dairə seçki komissiyaları ilə DAİS vasitəsilə elektron məlumat mübadiləsi, daxili və internet şəbəkəsi qismində fəaliyyət göstərir. Burada mərkəzi server və kommunikasiya otağı, yerli şəbəkə və internet şəbəkəsinin mərkəzi serverləri quraşdırılmışdır. Server otağına giriş-çıxışın nəzarətdə saxlanılması və təhlükəsizlik məqsədi ilə otağın giriş qapısında xüsusi barmaq izi funksiyası ilə fəaliyyət göstərən keçid qurğusu vardır.

Binada seçkilər zamanı canlı müşahidə imkanı da təmin olunmuşdur. Seçki məntəqələrində yerləşdirilmiş veb-kameralara texniki nəzarət mərkəzi təşkil edilmişdir. İstər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olmaqla bu veb-kameralar vasitəsilə səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini müşahidə etmək mümkündür.

Ölkədə prezident və parlament seçkilərinin, həmçinin referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən əsas dövlət orqanı olan Mərkəzi Seçki Komissiyasının yeni binası bu qurumun fəaliyyətinin daha səmərəli təşkilinə geniş imkanlar açır. Vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarətin artırılmasına, dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinin gücləndirilməsinə, seçki komissiyalarının fəaliyyətinə dair monitorinqlərin aparılmasına daha yaxşı şərait yaradılmışdır. Seçki komissiyalarının üzvləri üçün ixtisaslaşdırılmış kursların keçirilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi, ölkə elektoratının və digər seçki subyektlərinin məlumatlandırılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq, seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunması üçün binada hər cür şərait vardır.

Yaradılmış şəraitlə yaxından tanış olan Prezident İlham Əliyev bir daha yeni binanın istifadəyə verilməsi münasibətilə komissiyanın üzvlərini təbrik etdi, onlara işlərində uğurlar arzuladı. Binada yaradılmış imkanlardan razı qalan dövlətimizin başçısı burada kollektivin səmərəli fəaliyyəti üçün hər cür şəraitin olduğunu, bunun isə Mərkəzi Seçki Komissiyasının işinin daha səmərəli təşkilinə imkan verdiyini diqqətə çatdırdı.

Komissiyanın üzvləri onlar üçün yaradılan şəraitə görə, dövlətimizin başçısına minnətdarlıq etdilər.

Daha sonra Prezident İlham Əliyevə Mərkəzi Seçki Komissiyasının qarşısında quraşdırılmış günəş batareyalarının fəaliyyəti barədə məlumat verildi. Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov bildirdi ki, bu, paytaxtda həyata keçirilən ilk pilot layihədir. İlkin nəticələr uğurludur, belə ki, ərazidə quraşdırılmış günəş panelləri və kollektorları həm Mərkəzi Seçki Komissiyasının yeni binasındakı qəza işıqlarının, həm də ətrafdakı işıq dirəklərinin fasiləsiz enerji ilə təmin olunmasına imkan verir. Binanın isti su ilə təchizatı da günəş kollektorları vasitəsilə həyata keçirilir. Gələcəkdə belə layihələrin sayının artırılması və tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

Milli Kitabxanada “Xalq artisti Ramiz Zöhrabov” adlı kitab sərgisi açılıb

Azərbaycan nefti ucuzlaşıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Balakəndə narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edən 26 sürücü məsuliyyətə cəlb olunub

Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir

Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

Çində yol çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb

BBC-nin dörd qadın aparıcısı qurumu məhkəməyə verib

Ukraynada rus dilini öyrədən cəmi üç məktəb qalıb

Çempionlar Liqası: “Borussiya Dortmund” Fransaya bir top fərqli üstünlüklə yollanacaq

Azərbaycan minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib

Türkiyədə Ermənistanda yaradılan 40 mindən çox qanunsuz onlayn kazino və bukmeker kontoru bloklanıb

Almaniyada “Freche Freunde” körpə qidasi satışdan çıxarılıb

Ankarada Azərbaycan mədəniyyətinin Türkiyədə təbliğinin aktivləşdirilməsi yolları müzakirə edilib

İndoneziyada Ruanq vulkanının püskürməsi nəticəsində 12 min sakin təxliyə edilib

Los-Anceles yaxınlığında zəlzələ baş verib

Azərbaycan Mərakeşdə Beynəlxalq Poeziya Festivalında təmsil olunub

Pianoçu Olqa Domnina: Avropada Azərbaycan musiqisini daha fəal şəkildə təbliğ etmək lazımdır

Azərbaycanla Avstraliya İttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Araşdırma - İnsan genlərini tənzimləyən süni intellekt vasitəsi hazırlanıb

Britaniya polisi Ruandaya deportasiya ediləcək ilk şəxslərin evlərinə basqın edib

Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlər mövcuddur

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Türkiyə Ali Məşvərət Şurasının iclası keçirilib

Azərbaycanla İran arasında mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan Basketbol Liqası: "Xəzri" pley-offa böyük hesablı qələbə ilə start verib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb

“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda müzakirələr aparılıb

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Bakı Forumu: Qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi

“Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” - Tarix Muzeyində açıq dərs

“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb

NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bir haldır

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü təşkil olunub

Dövlət Komitəsinin sədri ilə ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti arasında görüş keçirilib

DQİDK sədri Rusiyanın baş ravvini ilə görüşüb

KOICA-nın Azərbaycanda kəhriz su sistemlərinin bərpası ilə bağlı layihəsi yekunlaşıb

İraq parlamentinin spikeri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Malayziya Senatının sədri: COP29-un Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın təzahürüdür

Bu ilin I rübü üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının statistikası açıqlanıb

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Azərbaycan-Belarus münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib

Migel Anxel Moratinos: Azərbaycan Prezidenti Forumda çıxışında bizə mühüm mesajlar verdi və istiqamət göstərdi

Naxçıvanda Gender bərabərliyi və qadın problemləri üzrə mərkəz yaradılıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq təşkilatların III Zirvə görüşü keçirilib

Ukrayna Ali Radasının sədr müavini Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edib

Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol

İstanbulda baş verən insident nəticəsində 28 polis əməkdaşı yaralanıb, 210 nəfər saxlanılıb

İranlı nazir: Sülh içində yaşamağa nail olmaq üçün mədəniyyətlərarası layihələrə ehtiyac var

Avstraliyalı deputatlara Azərbaycan-Ermənistan danışıqları barədə məlumat verilib

Pedaqoji Universitetdə “Peşəkar ol! – Necə?” layihəsinə başlanılıb

Beynəlxalq ekspert: Bərpaolunan enerjiyə keçid Azərbaycan və Qırğızıstan üçün mühüm imkanlar yaradır - MÜSAHİBƏ

Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı Forumunda mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi diqqət mərkəzində olub

TÜRKSOY-un Baş katibi: Mədəni gücü ətraf mühitin mühafizəsində maarifləndirmə üçün katalizator kimi istifadə etməyə çalışırıq

Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb

“Aztelekom” “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

Universitetin tələbələri karyera planlaması barədə məlumatlandırılıblar

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX respublika elmi-texniki konfransı keçirilir

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 4 məsələ müzakirə olunub

XTQ-nin veteranları ilə görüş keçirilib

AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam

BDU-da seminar: Müsahibə texnikaları

Baş nazir Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib

İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər

Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda yüksək səviyyədə təmsil olunub

Bakı Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda panel sessiya keçirilib VİDEO

Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

“Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - elmi seminar

Aşqarlar Kimyası İnstitutunda ekoloji maarifləndirmə seminarı keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

AQTİ işə qəbul elan edir

Daxili işlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub

Tal Katran: Şuşanı təbiət möcüzəsi adlandırmaq olar

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb

Allahşükür Paşazadə: Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir

İmişlidə baş verən yol qəzasında yaralıların sayı 5-ə çatıb YENİLƏNİB VİDEO

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Anatoli Markeviç: Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq VİDEO

Məhəmməd Əl-Qasimi: İnanıram ki, Bakıda keçiriləcək COP29 qlobal iqlim problemlərinin həllinə töhfəsini verəcək

TDT üzv ölkələrdə ətraf mühitin qorunmasına böyük önəm verir

Bakıda lV Beynəlxalq Autizm Festivalı keçirilib

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı genişləndirilir

Reymond Bondin: Azərbaycan çox gözəl mədəni irsə malikdir