Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər YENİLƏNİB -2 VİDEO

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

- Əziz dostlar, əziz idmançılar.

Siz bir neçə gün bundan əvvəl Konyadan Vətənə qayıtmısınız, böyük qələbə ilə qayıtmısınız. Ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmısınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm və əldə edilmiş nailiyyətlərlə bağlı sizə öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır.

V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir. Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci yerə layiq görülmüşdür. Bu da təbiidir. Çünki öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, - onlardan 29-u qızıl medaldır, - bir daha ölkəmizin gücünü göstərmişlər.

Onu da deməliyəm, bu da çox sevindirici haldır ki, idmançılarımız 19 idman növündə medallar qazanmışlar. Bu onu göstərir ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir. Əlbəttə ki, birinci yerdə, - əgər belə demək mümkündürsə, - güləşçilərdir, 23 medal qazanmışlar, onlardan 8-i qızıl medaldır. Bu da təbiidir. Çünki güləş bizim milli idman növümüzdür və biz güləşdə ənənəvi olaraq uğurlar qazanmışıq. İkinci yerdə gimnastikanın nümayəndələridir. Üç növ gimnastikada idmançılarımız 17 medal qazanmışlar, onlardan 8-i qızıl medal olmuşdur. Üçüncü yerdə qeyri-Olimpiya idman növü – kikboksinq idmançılarıdır. Onların qazandıqları medalların sayı 15-dir. Onlardan 3-ü qızıl medaldır. Yəni, bu, doğrudan da böyük nailiyyətdir. Çünki bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və yenə də deyirəm, mübarizə çox gərgin keçib.

Mən sizinlə Oyunların açılış günündə Konyada görüş əsnasında əmin olduğumu bildirmişdim ki, siz ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz. Şadam ki, belə də oldu. Bir daha nəinki bütün müsəlman aləmi, bütün dünya idmançılarımızın gücünü gördü. Hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır. Mən sizinlə Konyada görüş zamanı demişdim ki, sizin üzərinizə əlavə məsuliyyət düşür. Çünki siz bu Oyunlarda qalib ölkəni təmsil edəcəksiniz. Bu, həm çox qürurverici amildir, eyni zamanda, böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edərək siz ölkəmizi ləyaqətlə təmsil etmisiniz. Baxmayaraq ki, əfsuslar olsun, bəzi hallarda hakimlər sizə qarşı ədalətsiz olmuşdular, qərəzli olmuşdular. Mən imkan daxilində yarışları izləyirdim və görürdüm ki, bizim idmançılarımıza qarşı nə qədər böyük ədalətsizlik göstərilir. Amma buna baxmayaraq, siz təmkinlə, həm özünüz, həm də ki, məşqçiləriniz çox düzgün addımlar ataraq öz gücünüzü sübut etməyə çalışmısınız və buna nail olmusunuz.

Bu Oyunlar qardaş ölkədə keçirilmişdir və əlbəttə ki, bizim idmançılar özlərini çox rahat hiss edirdilər. Hər bir idmançı özünü öz evindəki kimi hiss edirdi. Biz açılış mərasimində onun da şahidi olduq ki, Azərbaycan komandası stadiona daxil olanda bizim türk qardaşlarımız necə səmimi və hərarətlə idmançılarımızı qarşılamışlar. Elə bil ki, bizim komandamız Bakıda stadiona çıxıb. Bu, doğrudan da bir daha bizim xalqlarımızın nə qədər bir-birinə bağlı olduğunu göstərir. Onu göstərir ki, təkcə prezidentlər bir-birinə qardaş deyil, eyni zamanda, xalqlarımız, idmançılarımız qardaşdırlar. Orada - stadionda on minlərlə tamaşaçı Azərbaycan komandasını öz doğma komandası kimi qarşılamışdır.

Fürsətdən istifadə edərək Türkiyəni, onun idmançılarını həm Oyunların yüksək səviyyədə təşkil olunması, həm də ki, Oyunlarda birinci yer tutması münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Onu da bildirməliyəm ki, bu Oyunların keçirilməsi, əlbəttə, böyük təşkilatçılıq məsələlərini də əhatə edir. Xatırlayıram, biz 2017-ci ildə o Oyunları hazırlayarkən bir çox təşkilati məsələləri həll etdik. Hər bir ölkə bu səviyyədə Oyunları keçirə bilməz. Konya Oyunları rəsmən Beşinci İslam Həmrəyliyi Oyunları sayılsa da, əslində, bu Oyunlar cəmi dörd dəfə keçirilib. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü Azərbaycanda, dördüncü isə Türkiyədə. Amma rəsmən bu, beşinci Həmrəylik Oyunları sayılır. Yəni, demək istəyirəm ki, Oyunları keçirmək o qədər də asan məsələ deyil və burada Türkiyə tərəfi əlbəttə, çox yüksək qiymətə layiqdir.

Oyunlar artıq tarixdir. İdmançılarımız bu medalları əminəm ki, qürur hissi ilə daşıyacaqlar. Ancaq indi biz gələcəyə baxmalıyıq, bundan sonra Azərbaycan idmanının inkişafı ilə bağlı hansısa addımlar atılmalıdır.

Siz də yaxşı bilirsiniz ki, son vaxtlar bir neçə federasiyada dəyişikliklər baş verdi. Bu, təbiidir, bu, qaçılmaz idi. Çünki bəzi federasiyalarda mən görürdüm ki, artıq durğunluq hökm sürür, nəticələr əldə edilmir, bəzi idmançılarımız, ümumiyyətlə, beynəlxalq yarışlardan məhrum edilmişlər. Müvafiq beynəlxalq idman qurumları onları, bütövlükdə federasiyaları cəzalandırırdılar, bəzi hallarda əsaslı, bəzi hallarda əsassız. Amma əfsuslar olsun, bu hallar baş verib və görürdük ki, artıq yeni təkana ehtiyac var. Bu yaxınlarda federasiyalarda və eyni zamanda, Gənclər və İdman Nazirliyində baş vermiş dəyişikliklər əminəm ki, həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, çünki nəticələr göz qabağındadır. Çünki idmana cavabdehlik daşıyan qurumlar idmançılarla daim bir yerdə olmalıdırlar, hər bir idmançını tanımalıdırlar, onun problemləri ilə məşğul olmalıdırlar. Mən görürəm ki edilmiş dəyişikliklər nəticəsində hazırda nəticələr də var və olacaq. Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti belə mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun. Hər zaman bu, diqqət mərkəzində olan məsələ idi ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vursunlar, komanda şəklində fəaliyyət göstərsinlər və birlik olsun. Çünki mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm və bilirəm, hansı ölkələrdə hansı proseslər baş verir. Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur, əksinə, ziddiyyətlər var. Bizdə isə bu birlik var və bu, hesab edirəm ki, uğurlarımızın əsas şərtlərindən biridir.

Əlbəttə ki, peşəkar idmançıları yetişdirmək asan məsələ deyil və məşqçilər, idman mütəxəssisləri çox böyük əmək sərf edirlər, seleksiya işləri çox düzgün aparılmalıdır. Bizim bölgələrimizdə çox böyük istedadlar var, uşaqlar, yeniyetmələr, sadəcə olaraq, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır. Bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcək. Çünki həm idmanla məşğul olmaq üçün şərait var,- təkcə bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir,- biz Bakıda Avropa Oyunlarını, dünya çempionatlarını keçirmişik. Yəni, bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir. Mən çox şadam, çox sevinirəm ki, bizim idmançılarımız, ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançılar məişətdə də nümunəvi davranışla fərqlənirlər. Bu, çox vacibdir. Həm təvazökarlıq, həm Vətənə bağlılıq, milli dəyərlərə bağlılıq, fiziki güc, mənəvi güc. Çünki fiziki güc, necə deyərlər, mənəvi gücü də gücləndirir.

Oyunlardan sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb. Ona görə yaxın aylarda artıq hazırlığa başlamaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik.

Bir daha sizi ürəkdən təbrik edirəm - bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq. Bir daha sizi təbrik edirəm.

x x x

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli Mehriban xanım.

İlk olaraq, vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Məlumat üçün bildirmək istəyirik ki, Azərbaycan nümayəndə heyəti bu Oyunlarda ən böyük nümayəndə heyəti ilə - 282 idmançıdan əlavə, məşqçi, texniki, idman heyəti ilə yanaşı, media və rəsmi nümayəndələrlə birlikdə 484 nəfərlə təmsil olunurdu. Sizin avqustun 9-da Konyada Atletlər kəndində bizim idmançılarla görüşünüz idmançılarımıza əlavə stimul oldu və nəticədə 99 medal qazandılar. Onlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü bürünc olmaqla, 55 ölkə arasında 4-cü yerdə qərarlaşdıq.

Cənab Ali Baş Komandan, açılış mərasimində Azərbaycan nümayəndə heyəti stadiondan keçərkən, Bayrağımız açılarkən 42 minlik insanın coşqu ilə bayrağımızı alqışlaması qardaş ölkənin qalib ölkənin bayrağını alqışlamağı idi. Bu hissləri bizə yaşatdığınız üçün Sizə təşəkkürümüzü bildiririk.

Nümayəndə heyətimiz böyük olduğu üçün bizə ayrıca bina ayrılmışdı. Ancaq o da kifayət etməmişdi və digər binanın bir hissəsi də bizə ayrılmışdı. Bizim idmançılar 150-dən çox otaqda yerləşmişdi. Çox xoş haldır ki, təhvil-təslim vaxtı bizim 150 otaqdan heç birində ən kiçik problem belə olmamışdır. Bu isə bir daha bizim idmançıların intizamının göstəricisidir. Fürsətdən istifadə edib onlara da təşəkkürümüzü bildirmək istəyirik.

Çox sağ olun, cənab Prezident. Təşəkkürümü bildirirəm.

x x x

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov dedi:

- Hörmətli Prezident.

Hörmətli Mehriban xanım.

Mən də İslam Oyunlarında iştirak edən bütün məşqçilər adından Sizə dərin təşəkkürümü bildirirəm. Çünki bilirsiniz ki, idmançı medal qazananda bütün alqışlar idmançının, hər hansı bir uğursuzluq olanda isə ən böyük günahkar məşqçilər olur. Amma buna baxmayaraq, biz öz işimizi həmişə vüqarla, qürurla davam etdiririk. Çox sağ olun ki, bizə belə şərait yaratmısınız. Çünki məşqçinin ən böyük şəraiti onun idman bazasıdır.

Siz gənclərlə görüş keçirəndə Sizə sual verildi ki, hansı idmanı xoşlayırsınız? Siz üzgüçülük dediniz. Mən də indi ən dəbdə olan bir idman növünün nümayəndəsi kimi demək istəyirəm ki, 2015-ci ildə keçirilən Avropa Oyunlarında bizim üçün yaratdığınız böyük Su İdman Sarayına görə Sizə şəxsən təşəkkürümü bildirirəm. Bütün üzgüçü idmançılar ailəsi adından Sizə təşəkkür edirəm. Çünki həmin o idman bazasının sayəsində artıq Azərbaycanda üzgüçülük doğrudan da sürətlə inkişaf etmişdir. Bunun göstəricisi olaraq, 2017-ci ildə biz dəvət edilmiş idmançılarla medal qazanmışdıqsa, 2015-ci ildə tikilmiş hovuza ilk qədəmlərini qoyan idmançılar - öz idmançılarımız artıq bu yarışda uğurlarımıza öz töhfələrini verdilər. İyun ayında Rumıniyanın Buxarest şəhərində keçirilən Avropa çempionatında bizim idmançımız Ramil Vəlizadə bürünc mükafata layiq görüldü. Bu da tarixi bir hadisədir. Bütün bunlara görə öz adımdan və bütün məşqçilər adından Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.

x x x

Voleybol üzrə beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov dedi:

- Cənab Prezident.

Hörmətli Mehriban xanım.

Bizimlə görüşünüz biz hakimlərə Sizin ən dəyərli hədiyyənizdir. Sizin yaratdığınız şərait sayəsində bu gün bizim beynəlxalq dərəcəli hakimlərimiz Azərbaycan Respublikasını beynəlxalq arenada, Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında, həmçinin müxtəlif miqyaslı yarışlarda layiqincə təmsil edirlər. Eyni zamanda, gənc nəsildən ölkəmizi beynəlxalq miqyasda təmsil edən hakimlər yetişdiririk. Bütün bu nailiyyətlərin qazanılmasına səbəb Sizin rəhbərliyinizlə biz idmançılara, məşqçilərə, hakimlərə, bütün idman ictimaiyyətinə göstərilən diqqət və qayğıdır. Mən bütün hakimlərin adından Sizə təşəkkürümü bildirmək istəyirəm.

Diqqətinizə görə çox sağ olun.

x x x

V İslamiadanın sərbəst güləş yarışlarının qızıl medalçısı Hacı Əliyev çıxış edərək dedi:

- Cənab Prezident, mən də öz adımdan və bütün idmançılar adından Sizi salamlayıram. Bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Bildiyiniz kimi, V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları uğurlu nəticə əldə etdilər. Bayaq qeyd etdiyiniz kimi, 29 qızıl, 36 gümüş və 34 bürünc medal qazandıq. Ümumilikdə isə biz 99 medal qazandıq. Mən bir güləşçi kimi qeyd etmək istərdim ki, güləşçilərimiz bu Oyunlarda öz güclərini bir daha sübut etdilər. Beş il əvvəl Bakıda keçirilən İslamiadada qazandığımız nəticəni, belə deyək ki, təkrarladıq və biz 23 medal əldə etdik. Bunlardan 8-i qızıl, 8-i gümüş və 7-si bürünc medal idi. Ümumilikdə sərbəst güləşçilərimiz ikinci, yunan-Roma və qadınlardan ibarət yığma komandalarımız isə birinci oldular.

Cənab Prezident, hər dəfə böyük yarışlardan gəldikdən sonra bizi qəbul etməyiniz, nəticələrimizlə yaxından maraqlanmağınız doğrudan da bizi sevindirir. Bu, bizə böyük stimul verir. Biz bu diqqət və qayğı nəticəsində hər zaman çalışırıq ki, uğurlar əldə edək. Bizi qarşıda böyük yarışlar gözləyir. Ən böyük hədəfimiz isə bayaq dediyiniz kimi, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır. Mənə elə gəlir ki, idmançılarımız Oyunlara yaxşı hazırlaşırlar və inşallah, yaxşı nəticələr göstərəcəklər.

Cənab Prezident, gələcək işlərinizdə Sizə uğurlar arzulayıram. Allahdan Sizə və ailənizə cansağlığı diləyirəm. İnşallah, hər zaman Azərbaycan belə böyük qələbələr qazanar. Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Prezident İlham Əliyev: Sağ ol.

x x x

Bədii gimnastika üzrə milli komandamızın üzvü, İslamiadanın qızıl və gümüş medalçısı Güllü Ağalarzadə çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli Mehriban xanım.

Sizi və bütün iştirakçıları salamlayıram. Mən bədii gimnastika üzrə milli komandanın üzvüyəm. Bildiyiniz kimi, V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Gimnastika Federasiyasının idmançıları 8 qızıl, 7 gümüş və 2 bürünc medal qazanmışdır. Biz bu qələbəyə görə çox sevinirik. Əlbəttə ki, əldə etdiyimiz bütün bu nailiyyətlər, cənab Prezident, Sizin və Mehriban xanımın dəstəyi sayəsindədir. Bu dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Onu da qeyd etmək istərdim ki, avqustun 26-sı Mehriban xanımın ad günüdür. Mən bütün idmançılar adından Mehriban xanımı ürəkdən təbrik edirəm.

Vurğulamaq istəyirəm ki, V İslam Həmrəyliyi Oyunlarında məşqçilər, hakimlər, tibb işçiləri, həmçinin idmançılar - hər kəs bir-birinə daim dəstək oldular. Müstəqil bir ölkənin idmançıları kimi, cənab Prezident, Sizin yürütdüyünüz düzgün siyasət bizi daim qələbə qazanmağa ruhlandırdı. Əlbəttə, ümid edirəm ki, gələn İslam Həmrəyliyi Oyunlarında məhz bu yolla gedərək, daha gözəl qələbələrə imza atacağıq. Biz fəxr edirik ki, belə ölkənin vətəndaşlarıyıq. Çox sağ olun.

x x x

Prezident İlham Əliyev: Sağ olun, əziz dostlar, əziz idmançılar, idman mütəxəssisləri. Bir daha sizi ürəkdən təbrik edirəm və yeni qələbələrə doğru irəli!

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər YENİLƏNİB -2 VİDEO

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub