RƏSMİ XRONİKA
«PROKURORLUQ ORQANLARINDA QULLUQ KEÇMƏ HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ» AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 1 APREL TARİXLİ 575-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
«Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 575-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 575-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 575-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 2008-ci il.