CƏMİYYƏT
#prokurorluqdanizah: Növbəti videoçarxda “Azərbaycan Respublikasında ikili vətəndaşlığa yol verilirmi?” sualını cavablandırıb VİDEO
Bakı, 14 aprel, AZƏRTAC
Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.
Bu həştəq altında təqdim olunan videoçarx vasitəsilə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Teymur Aşurov son zamanlar aktuallığı ilə seçilən “Azərbaycan Respublikasında ikili vətəndaşlığa yol verilirmi?” sualını cavablandırıb.
Videoizahı izləməklə həmin sualın cavabını öyrənə bilərsiniz.