CƏMİYYƏT
#prokurorluqdanizah: Vətəndaşları işə düzəltmək adı ilə dələduzluqla məşğul olan şəxslərlə bağlı videomüraciət edilib VİDEO
Bakı, 7 iyul, AZƏRTAC
Prokurorluq orqanları modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.
Bu həştəq altında təqdim olunan növbəti videoçarxda Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva "Müxtəlif dövlət orqanlarının adından istifadə edərək vətəndaşları işə düzəltmək adı ilə dələduzluq edən şəxslərlə” bağlı videomüraciət edib.
Video-izahı izləməklə həmin videomüraciətlə tanış olmaq mümkündür.