CƏMİYYƏT
#prokurorluqdanizah həştəqi altında təqdim olunan növbəti videoçarxda amnistiya ilə bağlı məlumat verilib VİDEO
Bakı, 2 dekabr, AZƏRTAC
Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sahələri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması işi davam etdirilir.
Təqdim olunan növbəti videoçarxda Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli “Amnistiya nədir?” sualını cavablandırıb.
Videoizahı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından izləməklə həmin sualın cavabını öyrənmək olar.