ELM VƏ TƏHSİL
Qafqaz Universiteti ilə Rusiyanın Dağıstan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanmışdır
Bakı, 12 aprel (AZƏRTAC). Rusiyanın Dağıstan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Maqomed Xaybulayevin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur.
Qafqaz Universitetindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu ali məktəbin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Sonra Qafqaz Universiteti ilə Dağıstan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
Sənəddə iki universitet arasında tələbə və müəllim mübadiləsi və təhsil əlaqələri ilə bağlı məsələlər əksini tapmışdır.