Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün növbəti qısamüddətli kurslar başa çatıb

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində fevralın 24-də ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulub.

Sonuncu mühazirəni Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov “Xocalı soyqırımının səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” mövzusunda oxuyub.

Professor Əli Həsənov qeyd edib ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20000 azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 mini isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Eyni zamanda, 1988-1994-cü illərdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən ümumilikdə müxtəlif səpkili 373 terror aktı törədilib ki, nəticədə 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb.

Əli Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti açıqlanıb, bu hadisələrə siyasi-hüquqi qiymət verilib. Bununla yanaşı, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərti ilə münaqişənin ədalətli şəkildə həll ediləcəyinə olan ümidləri daha da artırıb. Biz də hər zaman olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin apardığı bu siyasəti müdafiə edərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndiririk.

Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verib və bu proses sürətlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı səmərəli təbliğat işinin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Münaqişənin nizama salınması prosesində Ermənistanın təcavüzkar siyasətindən, qeyri-konstruktiv mövqeyindən danışan, Azərbaycanın diplomatik səylərini, son vaxtlar dövlətimizin hücum diplomatiyasına üstünlük verdiyini qeyd edən Əli Həsənov, eyni zamanda, dinləyicilərin nəzərinə çatdırıb ki, Prezident İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb. Bu səbəbdən biz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yürütdüyü təcavüz siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz həm də güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir. Əli Həsənov tələbələrin diqqətinə çatdırıb ki, biz dövlətimizin başçısının Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa edilməsinə nail olmalıyıq.

Kurslarda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”, AMEA Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Kərim Şükürov “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun Qarabağ şöbəsinin böyük elmi işçisi Nazim Mustafa “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, tarix elmləri doktoru, professor Solmaz Toqidi-Rüstəmova “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)”, tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı "Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)”, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Qaradağlı soyqırımı” mövzularında proqram üzrə mühazirələr oxuyublar.

Fevralın 4-dən-24-dək davam edən kursların budəfəki dinləyiciləri Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olublar.

Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Keyfiyyət portalı”nda yeni xidmət istifadəyə verilib

Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına Şəki-Zaqatala bölgəsi üzrə 80 şagird vəsiqə qazanıb

Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlanıb

Prorektor: Kibermühit yeni fenomendir və biz bu məsələni nəzarətdə saxlamalıyıq

Muxtar Babayev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl gələcəklə bağlı hədəflərinin məntiqi davamıdır

Anar Bağırov: Azərbaycan xalqının humanitar hüquq normaları uzun müddət kobud şəkildə pozulub

Gürcüstanın mədəniyyət və idman naziri: Azərbaycanla şərəf hissi ilə əməkdaşlıq edirik

Azərbaycan savatçısı beynəlxalq turnirdə qızıl medal qazanıb

Çinin üçüncü təyyarədaşıyan gəmisi ilk səfərinə başlayıb

Alpaslan Özerdem: Ksenofobiya və ayrı-seçkilikdən söhbət açarkən siyasi qütbləşmədən də danışmaq lazımdır

Prezident İlham Əliyev KAICIID-in Baş katibini qəbul edib YENİLƏNƏCƏK

Muxtar Babayev: Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında yaşıl iqtisadiyyata keçid mühüm yer tutur

Prezident İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib YENİLƏNİB

Adil Kərimli: Azərbaycanda müxtəlif din və ənənələrə sahib insanlar hər zaman sülh içərisində yaşayıb

ANAMA: Ötən ay 2500-dən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə edilib

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölən və itkin düşənlər var

Çingiz Hüseynzadə: Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu bundan sonra da müstəmləkəçiliyə qarşı mübarizəyə dair beynəlxalq tədbirlər keçirəcək VİDEO

Qarabağın bərpası yolları və müasir şəhərsalma üsullarından istifadə edilməsi - dəyirmi masa

Nazir müavini: Təhsilli insanlar münaqişələrin daha asan həll edilməsinə imkan yaradırlar

Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib  YENİLƏNİB

Prezident İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib  YENİLƏNİB

Rusiyadan idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb

Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb

Moskva Patriarxlığının nümayəndəsi: Azərbaycanda dinlərarası münasibətlərin çox gözəl modelini görürük VİDEO

AZƏRTAC-ın əməkdaşları şəhid-jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər

Tovuzda yük maşını körpüdən çaya aşıb FOTO VİDEO

Dilçilik İnstitutunda Türkiyə universitetlərinin nümayəndələri ilə görüş olub

UNESCO-ya üzv ölkələrin daimi nümayəndələrinə regiondakı son proseslər barədə məlumat verilib

“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib olublar

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir

Blinken Qüdsdə Netanyahu ilə görüşüb

Avropa çempionatı: Azərbaycanın amputant millisinin oyunlarının təqvimi açıqlanıb

Dünyada 1 May nümayişləri: Makronun maketi və etiraz şüarları

Asmita Satyarthi: Hazırda bütün dünya sivilizasiyalar böhranın girdabındadır

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Devid Bednar: Azərbaycan multikultural və tolerant ölkə kimi nümunə göstərir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəran və Astarada fermer təsərrüfatlarına dəstək göstərilib

“Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1110-VIQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Efendus Henderson: Mədəniyyətlərarası Dialoq Forumu unikal platformadır

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Soltan Məmmədov: Azərbaycan bəşəriyyətin ümumi sərvəti hesab olunan dəyərlərin mühafizəsində fəal iştirak edir

Alimlər ölümcül “göbələk epidemiyası” ilə bağlı xəbərdarlıq ediblər

Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

® “Birbank” taksit kartı ilə ilk alış-verişdə 10 faiz keşbek qazanın

Şeyxülislam: Azərbaycanın qlobal ideyaları bütün bəşəriyyətin mənafeyinə xidmət edir

AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir

“Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” adlı panel sessiyası keçirilib VİDEO

Hərbi attaşelər DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbini ziyarət ediblər

“Sərhədçi”nin baş məşqçisi: Çempion olmaq istəyirik və buna köklənmişik

Baş nazir Əli Əsədov Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

Bloomberg: Ən varlı rusiyalıların sərvəti bu il 15,8 milyard dollar artıb

İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb

ASEAN Sülh və Barışıq İnstitutunun icraçı direktoru: Gənclərə öz fikirlərini ifadə etmək imkanı verilməlidir

Türkiyədə ölkədaxili reyslərə biletlər 30 faiz bahalaşıb

Aprel ayında dövlət sərhədini pozduğuna görə 26 nəfər saxlanılıb

Akademik İsa Həbibbəyli AMEA-nın yeni loqotipinin hazırlanması üçün təqdim edilən layihələrlə tanış olub

Sabunçu rayonunda satışı nəzərdə tutulan müxtəlif təyinatlı 188 kəsici-deşici alət aşkarlanıb

Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda yeni piyada keçidi tikilir

Respublika üzrə kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb

Oğuzda silahlı şəxs saxlanılıb

“Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri” mövzusunda plenum keçiriləcək

Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir

BMU məzunları ilə tələbələrin görüşü təşkil olunub

Bild: Berlində “Amazon” kompaniyasının 16 avtomobili yandırılıb

Jan Kristof Bas: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq qabaqcıl tədbirə çevrilib VİDEO

COP28-in prezidenti İtki və Zərər Fondunun ilk tarixi iclasına sədrlik edib

Aleksandr Zuyev: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq sülhü təşviq edəcək

Taleh Kazımov: “Naxçıvan Bank”ın səhmdarlarının verəcəyi qərarın maliyyə sektoruna heç bir təsiri olmayacaq

İri sahibkarlıq subyektləri Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri sisteminin tətbiqinə başlayıb

Respublika fənn olimpiadalarının fizika və tarix fənləri üzrə final turu keçirilib

Mayın 2-də bəzi rayonlarda hava yağıntılı olacaq

I Beynəlxalq Opera Festivalının dördüncü günündə professor Hüseyn Əliyevin tələbələri çıxış ediblər

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini sessiyalarla davam etdirir

Tanışının ölümündə şübhəli bilinən şəxs barədə həbs qətimkan tədbiri seçilib

AQTİ ictimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlayıb

Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının nümayəndəsi: Azərbaycanda mötəbər yarışların təşkili həmişə yüksək səviyyədə olub

Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb

ISSF rəsmisi: Azərbaycanın nüfuzlu turnirlərə ev sahibliyi etmək üçün kifayət qədər təcrübəsi var

Baş katib: "Prezident Kuboku-2024" reqatasının Füzulidə də keçirilməsi planlaşdırılır

NASA Arktika Dairəsinə elmi tədqiqat üçün hava şarları göndərir

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub

Zemfira Meftahətdinova: Atıcılarımızın Dünya Kubokunda uğurlu nəticələr qazanacağına inanıram

Simli Kvartetin təqdimatında kamera musiqisi axşamı

Şəhid anası: Hər sözünün əvvəli də, axırı da Vətən idi...

Avropada qazın qiyməti 6 faiz bahalaşıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Tarix Muzeyinin yeni kataloqu nəşr olunub

Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işlərini hər hansı vasitəçi olmadan aparır VİDEO

Ülviyyə Zülfiqar: Qərbi Azərbaycan Televiziyası binasının açılışı ilə efir siyasəti də yenilənir

Azərbaycanın neft və qaz qiymətləri üzrə proqnozu açıqlanıb

AMB: Bu il cari əməliyyatlar balansı 7 milyard dollar səviyyəsində proqnozlaşdırılır

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək

Görkəmli yazıçı İsi Məlikzadənin anadan olmasının 90 illiyi ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Azərbaycan Bakıdakı Dünya Kubokunda 43 atıcı ilə təmsil olunacaq

Prezident: İndi biz sülhə doğru gedirik