İQTİSADİYYAT
“Qaradağ Sement” ASC illik ümumi yığıncağını keçirmişdir
Bakı, 2 mart (AZƏRTAC). Martın 2-də “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının illik ümumi yığıncağı keçirilmişdir.
ASC-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yığıncaq iştirakçıları baş direktorun illik hesabatını, şirkətin maliyyə göstəricilərini və nailiyyətlərini müzakirə etmişlər.
“Qaradağ Sement” ASC-in səhmdarlarının illik ümumi yığıncağı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq keçirilmişdir.
“Holcim Ltd” şirkəti “Qaradağ Sement” ASC-in nizamnamə fondunun 66 faizinə, Azərbaycan İnvestisiya Şirkəti isə 10 faizinə malikdir. Səhmdarlardan digər iki hüquqi şəxs - Avropa Yenidənqurma və İnkişaf Bankı və Holcim Auslandbeteiligungs GmbH - şirkətin ümumi səhmlərinin sayına müvafiq olaraq 10 və 3,61 faizə malikdir. Səhmdarlar arasında 5-ci hüquqi şəxs hesab olunan “Azər İnvest Kompani” MMC ümumi səhmlərin 0,43 faizinin sahibidir. Ümumi səhmlərin qalan 10 faizi isə fiziki şəxslərə məxsusdur.