İQTİSADİYYAT
Qazaxıstanın Aktau şəhərində VIII Manqıstau neft, qaz və infrastruktur sərgisi keçiriləcəkdir
Bakı, 29 iyul (AZƏRTAC). Azərbaycan sahibkarları noyabrın 5-dən 7-dək Qazaxıstanın Aktau şəhərində keçiriləcək VIII Manqıstau neft, qaz və infrastruktur regional sərgisində iştirak etməyə dəvət olunmuşlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirmişlər ki, sərgi neft və qaz hasilatı və emalı, neft və qaz avadanlıqları, neft və qaz daşınması, mühəndislik və konsaltinq, geofiziki xidmətlər, ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik, tikinti və interyer, energetika, telekommunikasiya, nəqliyyat, bankçılıq və maliyyə mövzularına həsr olunacaqdır..
Sərgi haqqında daha ətraflı məlumatla www.mangystau.oil-gas.kz/ru/ linkində tanış olmaq mümkündür.
Sərgidə iştirak etməkdə maraqlı olanlar aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Rimma Butayeva; tel./faks: +7 (7292) 340171, 340172; mob: +7 701 721 53 85; E-mail: [email protected]; Web: www.iteca.kz