DÜNYA
Qazaxıstanın yeni müdafiə naziri təyin edilib
![Qazaxıstanın yeni müdafiə naziri təyin edilib](/files/2022/1/1200x630/16425892885824562435_1200x630.jpg)
Bakı, 19 yanvar, AZƏRTAC
General-leytenant Ruslan Jaksılıkov Qazaxıstanın yeni müdafiə naziri təyin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
Xatırladaq ki, R.Jaksılıkov ötən ilin sentyabrında Qazaxıstan daxili işlər nazirinin müavini - Milli Qvardiyanın komandanı vəzifəsinə təyin olunmuşdu.
Qeyd edək ki, R.Jaksılıkov 1966-cı ildə Almatı vilayətinin Kaskelen şəhərində anadan olub. O, 1996-cı ildə Frunze adına Hərbi Akademiyadan “komanda-qərargah əməliyyat-taktiki qoşun kəşfiyyatı” ixtisası üzrə məzun olub. R.Jaksılıkov 2004-cü ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının ali akademik kurslarını “dövlətin hərbi təhlükəsizliyi” ixtisası üzrə bitirib.