İDMAN
“Qəbələ” boksçuları “Fənərbaxça” komandasını məğlub etmişlər
![](/files/galleryphoto/2013/2/1200x630/14079278525958110288_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/14079278525850158986_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/14079278523284227881_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/1407927852120042677_1200x630.jpg)
Qəbələ, 8 iyul (AZƏRTAC). Qəbələ Olimpiya İdman Kompleksində “Qəbələ” və Türkiyənin “Fənərbaxça” idman klublarının boksçuları arasında yoldaşlıq görüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışda boksçular 8 çəki dərəcəsində mübarizə aparmışlar. Dəbilqə ilə döyüşən boksçuların görüşündə Rüstəm Musayev Muhammet Ünlünü (52 kq), Hidayət Musayev Hakan Kaynarı (69), Ramil Əhmədov Osman Aydını (75 kq) məğlub etmişdir. Məhəmmədəli Tahirov isə Şeyda Kəsərə (91 kq) uduzmuşdur.
Dəbilqəsiz yarışlarda isə Ruslan Alıyev Volkan Gökçəkə (60 kq) qalib gəlsə də, Şahin Həsənov Yakup Şənərə (69 kq), Elvin Qənbərov isə Öndər Şipala (75 kq) məğlub olmuşdur. Görüşün son qarşılaşması daha maraqlı keçmişdir. Türk idmançısı qalib gəlsəydi, hesab bərabərləşəcəkdi. Amma Rahil Məmmədli Avni Yıldırımı (81 kq) məğlub etməyi bacarmış və yoldaşlıq görüşü 5:3 hesabı ilə “Qəbələ” komandasının xeyrinə başa çatmışdır.