REGİONLAR
Qəbul imtahanlarında yüksək nəticə göstərən tərtərli gənclər mükafatlandırılıblar
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Tədbirdə ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən, əldə olunan uğurlardan bəhs edilib. Çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, yüksək bilikli mütəxəssis kimi yetişmək üçün yaxşı oxumağı və Vətənə, xalqa ləyaqətlə xidmət göstərməyi tövsiyə ediblər.
Məlumat verilib ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 179 nəfəri ali, 46 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Gənclərdən 16 nəfəri 500-600 arası, 6 nəfəri isə 600-dən çox bal toplayıb.
Görüşdə çıxış edən gənclər tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, göstərilən diqqət və qayğıya mükəmməl təhsilləri və yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərinə, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Tədbirin sonunda imtahanlarda 500-dən yuxarı bal toplayan tələbələrə hədiyyələr verilib.