İQTİSADİYYAT
“Qərbi Abşeron”da yeni horizontal quyu istismara verilib
Bakı, 8 mart, AZƏRTAC
“Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 30 nömrəli quyu horizontal qazmadan sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyi ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində ən son texnika və texnologiyaların istifadəsini uğurla tətbiq edir. Quyu qirməki lay dəstəsindən elektrik dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə 756,9-650,8 metr dərinlik intervalından sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]