Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qərbi Azərbaycan İcması: Tom Lantos Komissiyasının Qarabağda yaşayan ermənilərlə bağlı keçirdiyi dinləmələrdən ciddi narahatıq

Qərbi Azərbaycan İcması: Tom Lantos Komissiyasının Qarabağda yaşayan ermənilərlə bağlı keçirdiyi dinləmələrdən ciddi narahatıq

Bakı, 27 iyun, AZƏRTAC

ABŞ Konqresi tərəfindən yaradılmış və bəyan olunan məqsədinin insan haqlarının beynəlxalq miqyasda təşviq edilməsi olduğu deyilən Tom Lantos Komissiyasının Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə əlaqədar bu yaxınlarda keçirdiyi dinləmələrlə bağlı Qərbi Azərbaycan İcmasının ciddi narahatlıqları var.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Bəyanatda, həmçinin qeyd edilib: “Əvvəla vurğulayırıq ki, Ermənistan ilə Azərbaycan arasında vəziyyət haqqında müfəssəl və dəqiq anlayışın olması çox vacibdir. Ermənistanın azərbaycanlılara qarşı törətdikləri insan haqları pozuntuları çox böyük miqyasa malikdir və analoqu yoxdur.

Ermənistan 1987-1991-ci illərdə bütün azərbaycanlıları öz ərazisindən qovmuş, ardınca Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq edərək, ərazilərinin 20 faizini işğal etmişdir. Bütün bunlar nəticəsində Ermənistandan 300 minə yaxın azərbaycanlı qaçqın və işğal olunmuş Azərbaycan ərazilərindən 700 min azərbaycanlı didərgin düşmüşdür.

Ermənistan minlərlə dinc azərbaycanlını qətlə yetirmiş, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus mədəni və dini abidələri, məzarlıqları dağıtmış, azərbaycanlıların şəxsi və ictimai əmlakını, mülki infrastrukturunu talan etmişdir. Ermənistan Azərbaycanın yüzlərlə şəhərini və digər yaşayış məntəqələrini yerlə-yeksan edib. Ermənistan, həmçinin Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərinə bir milyondan artıq mina basdırıb. Bunun yeganə məqsədi həmin əraziləri Ermənistanın onilliklər boyu davam edən dağıdıcı hərbi işğalından azad etdikdən sonra azərbaycanlı məcburi köçkünlərin oradakı evlərinə təhlükəsiz qayıtmasını çətinləşdirməkdir.

Sözügedən Komissiyanın dinləmələrində çıxış etmiş şəxslərin nümayiş etdirdiyi açıq-aşkar qərəzli münasibət bizi dərindən narahat edir. Onların bəzilərinin Ermənistan yönümlü maraq qrupları ilə sıx əlaqələri olduğunu öyrənmək bizi məyus etdi. Bu, dinləmənin obyektivliyi və ədalətliliyi ilə bağlı ciddi suallar doğurur. Belə görünür ki, dinləmə, sadəcə, əvvəlcədən müəyyən edilmiş ssenarini yerinə yetirmək üçün keçirilib. İclasda edilmiş çıxışların mahiyyəti kökündən qüsurlu idi və real vəziyyəti düzgün əks etdirmirdi. Dinləmə ağ yalanlar və bəzi dairələrin geniş istifadə etdiyi, heç bir faktiki əsasa malik olmayan anti-Azərbaycan ritorikası üzərində qurulmuşdu. Dinləmə zamanı təqdim olunan çaşdırıcı uydurmalar heç bir fakta, nüanslara və vəziyyətin tarixi kontekstinə məhəl qoymayaraq, yalnız birtərəfli perspektivi təqdim etməyə xidmət edirdi.

Xüsusilə danışanların dini baxımdan qərəzli ifadələrdən dəfələrlə istifadə etməsi dərin narahatlıq doğurur. Tom Lantos Komissiyası dinindən asılı olmayaraq, bütün insanların bərabərliyini tanıyan İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsini təşviq etmək məqsədi daşıyır. Dini qərəzliliyi göstərən lüğətdən istifadə etməklə Komissiya öz məqsədlərini, dəyərlərini və prinsiplərini qoruyub saxlaya bilməyib.

Azərbaycanlıların, xüsusən də Ermənistandan qovulanların hüquqlarına etinasızlıq bizi dərindən məyus etdi. Bu, Komissiyanın etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, bütün şəxslərin hüquqlarına həqiqətən də dəyər verməsini sual altına qoyur. Həmçinin görünür ki, Komissiya müəyyən qrup əhalinin öz evlərindən qovulmasından sonra onların hüquqlarına əhəmiyyət vermir. Bu ayrı-seçkilik və təhlükəli yanaşma dinləmənin mötəbərliyini və tərəfsizliyini sarsıdıb.

Bütün bunlar aydın şəkildə göstərir ki, Komissiyanın dinləmələri, əslində, insan hüquqlarına deyil, müəyyən bədnam maraqlara xidmət edib. Biz hər bir dövlətin və qrupun öz maraqlarını müdafiə etməkdə azad olduğunu qəbul etsək də, insan hüquqları kimi nəcib ideyadan, o cümlədən İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsindən belə mənfur məqsədlər üçün sui-istifadə etməyi yolverilməz hesab edirik.

Bundan əlavə, dinləmə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsi üzrə davam edən səyləri sarsıdır. Belə ki, dinləmədə ifadə edilənlər düşmənçiliyi qızışdıran yanaşmanı davam etdirir və barışıq yoluna əlavə maneə yaradır.

Dinləmə Tom Lantos Komissiyasının tarixində təəssüf doğuran bir səhifə idi. Komissiyanın aşkar nöqsanları və qərəzli mövqeləri fonunda biz bu qurumu Ermənistanın etnik təmizləmə və insanlığa qarşı törətdiyi digər cinayətlərdən əziyyət çəkən bir milyondan artıq etnik azərbaycanlının hüquqlarını tanıyan və müdafiə edən mənalı səylər göstərməyə çağırırıq. Komissiyanın Ermənistandan zorla qovulmuş azərbaycanlıların fundamental hüquqlarını tanıması çox vacibdir.

Biz Komissiyanı nöqsanlarını düzəltmək və azərbaycanlıların üzləşdiyi ədalətsizlikləri aradan qaldırmaq üçün İcmamızla fəal şəkildə səmimi dialoq aparmağa çağırırıq. Konkret olaraq, biz Komissiyanı Ermənistandan qovulmuş azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də təsbit olunmuş təhlükəsiz və ləyaqətlə qayıtmağa dair təməl hüquqlarının təmin edilməsi istiqamətində səylər göstərməyə çağırırıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADAU-da “Məzun günü” keçirilib

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Bakıda gənc oğlanı qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs tutulub

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləşmob VİDEO

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Nazir Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan nəqliyyat sektorunda ESG prinsiplərinin həyata keçirilməsi beynəlxalq standartlara uyğunluğu artırır

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində yaşıl hidrogenin ixrac imkanları araşdırılır

BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

® “Kapital Bank”ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıb

® 700-dən çox gənc doğru yolu seçdi!