İQTİSADİYYAT
Qeyri-qanuni lotereyaların keçirilməsinin qarşısı alınıb
Bakı, 7 avqust (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Araz” və “Endi” supermarketlərində qeyri-qanuni olaraq stimullaşdırıcı lotereyanın keçirildiyini aşkarlayıb. Həmçinin “Veysəloğlu” MMC-nin tərkibindəki “Ulduz” şokolad fabrikinin də “Şanlı ev” kampaniyası adlı stimullaşdırıcı lotereya keçirməyə hüququ olmadığı müəyyənləşdirilib
QKDK-dan AZƏRTAC-a bildiriblər ki, hər üç lotereyanın dayandırılması barədə göstəriş verilib. Dövlət Komitəsi həmin lotereyaların qeyri-qanuni olduğunu bildirir və vətəndaşlara diqqətli olmağı tövsiyə edir.
“Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununa və komitənin Əsasnaməsinə müvafiq olaraq bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.