DÜNYA
Qırğızıstan parlamenti - Joqorku Keneş yeni Hökumətin strukturunu və tərkibini təsdiq etmişdir
Bişkek 4 aprel (AZƏRTAC). Qırğızıstan parlamenti - Joqorku Keneş 103 səslə yeni Hökumətin strukturunu və tərkibini təsdiq etmişdir.
Parlamentdə Sosial Demokrat Partiyası, “Ata-Meken” və “Ar-Namıs” fraksiyaları Comart Otorbayevin baş nazir vəzifəsinə namizədliyini bəyənmiş və təsdiq etmişdir.
Tayırbek Sarpişev baş nazirin birinci müavini, Abdıraxman Mamataliyev, Valeri Dil və Elvira Sarıyeva baş nazirin müavinləri təsdiq olunmuşlar.
Parlamentdə, eyni zamanda hökumətin digər üzvləri təsdiq olunmuşlar.
Qeyd edək ki, yeni Hökumətin strukturu və tərkibi təsdiq üçün Qırğızıstan prezidenti Almazbek Atambayevə təqdim olunacaqdır.
Qulu Kəngərli,
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]