İQTİSADİYYAT
Qiymətli kağızlar bazarında əqdlərə onlayn nəzarət ediləcək
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) qiymətli kağızlar bazarında manipulyasiyaların qarşısını almaq üçün əqdlərə onlayn nəzarət edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən komitənin tədavülün tənzimlənməsi şöbəsinin müdiri Ağahüseyn Xudaverdiyev 2015-ci ildə yaradılması və tətbiqi nəzərdə tutulan bu sistemin üstünlüklərindən danışıb.
“Hazırda ticarətə onlayn nəzarət olunmadığından bir sıra manipulyasiyaların qarşısını almaq mümkün deyil. Odur ki, bu müasir sistemi tətbiq etməyi nəzərdə tuturuq. Bu sistem vasitəsilə ticarətə real vaxt rejimində nəzarət etmək mümkün olacaq. Məlumatlar daha dərindən təhlil ediləcək və qabaqlayıcı tədbirlərin gücləndirilməsinə şərait yaranacaq”-deyə şöbə müdiri bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]