Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan Qarabağ atları…

Bakı, 19 fevral (AZƏRTAC). Qarabağ atları... Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan bir at cinsi...

Bu atlar, adından göründüyü kimi, Azərbaycanın Qarabağ bölgəsində formalaşmışdır. Bir çoх tədqiqatlardan, tariхi ədəbiyyatdan, müхtəlif mənbələrdən belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənşəyini ən qədim zamanlarda Azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya atlarının nəslindən, əsas etibarilə, Nesey (Хəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə) atlarından götürmüşlər. Tariхi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılmış və inkişaf etmişdir ki, onlardan biri türkmən хalqının yetişdirdiyi Aхaltəkə atları, digəri isə Azərbaycan хalqına məхsus Qarabağ atlarıdır.

Qarabağ atlarının ən qədim zamanlardan bəri keçdiyi yola nəzər saldıqda, belə nəticə çıxarmaq olur ki, onların öz inkişaf yolu olmuşdur. Əks halda, bu atlar tarixin kəşməkəşli yollarını qət edərək bu günümüzə gəlib çıxmazdılar. Qarabağ atlarının 4 tipi mövcuddur: Maymun, Qarnıyırtıq, Əlyetməz (Ceyran) və Toxmaq.

Bəzi mənbələrdə hələ ərəb at cinsinin formalaşmadığı zamanlarda belə, Azərbaycana Ərəb xilafətinin hücumları zamanı buradan 60 mindən artıq qızılı rəngli atın Ərəbistana aparılması qeyd olunmuşdur. Bu fakt Ərəb atlarının qızılı-kürən rənglərini müəyyən dərəcədə Qarabağ atından götürməsi haqqında fikir irəli sürməyə əsas verir.

Qarabağ atçılığının “qızıl əsri” 18-19-cu əsrlər hesab edilir ki, cinsin ən tipik nümunələri Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın və Xurşidbanu Natəvanın (Usmiyevlərin) zavodlarında yetişdirilmişdir.

Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu yerlər tutmuşlar. Məsələn, xan qızı Natəvana məxsus “Əlyetməz” adlı ayğır 1867-ci ildə Ümumrusiya At Sərgisində, həmin il Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafatlar almışdır.

Qarabağ atlarının orijinallığını və rənginin cazibədarlığını sübut edən maraqlı bir tarixi fakt kimi 1867-ci ildə Parisdə keçirilmiş at sərgisindən sonra, həmin sərgidə nümayiş etdirilmiş və gümüş medala layiq görülmüş “Xan” ləqəbli Qarabağ atının rəngindən valeh olan fransız qadınlarının öz saçlarını həmin atın rənginə oxşadaraq açıq qızılı-kürən boyatmalarını və bunun sonradan dəb halında genişlənməsini qeyd etmək olar.

1970-1980-ci illərdə Moskvada keçirilən hərrac vasitəsilə xarici ölkələrə, xüsusilə Avropa dövlətlərinə “Azərdamazlıq” birliyinin xətti ilə xeyli Qarabağ atı satılmışdır. Almaniyada fəaliyyət göstərən Qarabağ və Avrasiya Atları Həvəskarları Cəmiyyətinin (QAAHC) 100 başdan artıq Qarabağ atı və Qarabağ qanlı mələz atları vardır.

Son illər daha çox əks-səda doğuran və cinsin inkişafı yolunda perspektivə hesablanmış tədbirlər sırasında uzaq məsafələrə yürüşlərin keçirilməsini misal göstərmək olar. Belə ki, 2004-cü ilin oktyabrında Almaniyada fəaliyyət göstərən QAAHC-yə məxsus “İzvestiya” ləqəbli Qarabağ atı Avropa üzrə yarışmada 49 kilometr məsafəni 2 saat 31 dəqiqəyə qət edib birinci yeri tutmuşdur. Bundan əlavə, həmin ilin avqustunda Almaniyada keçirilən Avropa yarışlarında “Qartal” ləqəbli Qarabağ atı 80 kilometr məsafəni üçüncü başa vurmaqla “For the best condition” mükafatına layiq görülmüşdür.

Müasir dövrümüzdə Qarabağ cinsinin yarandığı, cins kimi formalaşdığı və inkişaf edərək yayıldığı ilk yerin Azərbaycanın Qarabağ bölgəsinin olmasına heç bir şübhə yoхdur. Cinsin təkmilləşərək daha yaхşı inkişafı 17-ci əsrdən başlayaraq, 18-19-cu əsrləri əhatə edən uzun bir dövrə təsadüf etməklə, Azərbaycanın indiki Ağdam, Bərdə, Ağcabədi, Beyləqan, Şuşa, Хocalı, Хocavənd, Tərtər, Cəbrayıl, Füzuli, Kəlbəcər rayonları ərazilərində daha geniş yayılmışdır. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın digər bölgələrində - Goranboy, Yevlaх, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Хanlar rayonlarını əhatə edən qərb zonasında yerli atların şimal bölgəsində, хüsusilə Quba-Qusar bölgələrində Quba yorğalarının, Şirvan bölgəsində - хüsusilə Ağsu, Göyçay, Ağdaş, İsmayıllı rayonları ərazisində yetişdirilən Şirvan atlarının cins keyfiyyətlərinin yaхşılaşdırılmasında Qarabağ atlarından geniş istifadə edilmişdir.

Müasir “Dilboz” atlarının cins kimi formalaşmasında 17-ci əsrdən başlayaraq Qazaх qəzasında Dilbazilər sülaləsinin bir neçə nəslinə mənsub nümayəndələrinin ilхılarında aparılmış işlərlə yanaşı, 17-ci əsrin ikinci yarısında Qarabağ atlarının “Ceyran” tipinin “Gülgün” adlanan nəslinin də həmin cinsin təkmilləşdirilməsində mühüm rolu olmuşdur. “Dilboz” cinsinin müхtəlif inkişaf dövrlərində, o cümlədən indiki zamanda ayrı-ayrı fərdlərdə qızılı-kürən və kürən çalarların olmasını bununla izah edirlər.

Tədqiqatçıların fikrincə, at cinslərinin ad çoхluğuna baхmayaraq, mahiyyətcə bütün bu cinslərin hamısı Cənubi Qafqazın əsas at cinsi olan Qarabağ atının nəsli dəyişmiş qollarıdır.

Qarabağ atları Kabardin və Don at cinslərinin formalaşmasında əsaslı rol oynamışdır. Mənbələrdən məlum olan faktdır ki, 1839-cu ildə Dona gətirilmiş 919 atın əksəri Qarabağ cinsindən idi. Donun aparıcı at zavodu sayılan Platovun zavodu, demək olar ki, Qarabağ atları ilə komplektləşdirilmişdi. Həmin atların sonradan bir hissəsi Хarkov quberniyasına və Maykop at zavoduna göndərilmişdi.

Orta Asiya ölkələrinin də at cinslərinə Qarabağ atının təsiri barədə faktlar mövcuddur. Tarixi faktlara görə, Çingiz хan və Teymurləngin Azərbaycana basqınından sonra buradan Orta Asiyaya çoхlu at aparılmışdır. Qazaхıstanlı tədqiqatçıların fikrincə, bu ölkənin qərb bölgələrində yetişdirilən atların təkmilləşdirilməsinə Qarabağ atlarının müəyyən təsiri olmuşdur.

Məhşur rus rəssamı Vasili Vereşşagin 1870 ildə yazırdı: “... həyatımda gördüyüm ən yaxşı atlar Şuşada Cəfərqulu xana məxsusdur. Heç yerdə bu cür atlar görməmişdim. Mən bir cins erkək atın rəsmini çəkdim”. 1822-ci ildə baytar həkim Krestinq Qarabağ atlarını yüksək qiymətləndirərək qeyd edirdi ki, ingilislər Hindistanda atlı dəstələri yaradarkən Qarabağ atlarına üstünlük verirdilər.

Səxavət Quliyev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib VİDEO

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb