Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qobustanda kənd təsərrüfatı idarəsinin inzibati binası istifadəyə verilib

Qobustan Bölgə Təcrübə Stansiyasında keçirilən elmi-praktik müşavirədə fermerlərə məhsuldar taxıl sortları barədə məlumat verilib

Qobustan, 1 iyul, Adil Ağayev, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında iyulun 1-də “Dəmyə bölgələrində yeni taxıl sortlarının nümayişi və toxumçuluğun elmi əsaslarla təşkili”nə həsr olunan elmi-praktik müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarındakı yerli qurumlarının nümayəndələrinin və toxumçuluq təsərrüfatları rəhbərlərinin iştirak etdikləri elmi-praktik müşavirədə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələrində görülən işlərdən, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.

Elmi-praktik müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək Azərbaycanda aqrar sektorun strateji istiqamətlərindən, bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Vurğulayıb ki, taxılçılığın inkişafı üçün başlıca vəzifə yeni, xəstəliklərə davamlı və məhsuldar sortların yaradılması, habelə müasir elmi-texniki yeniliklərə əsaslanmaqla becərmə işlərində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasıdır. Bir sıra hallarda taxılçılıqla məşğul olan fermerlər bu işləri heç də lazımi səviyyədə görmür, taxıl əkinində keyfiyyətli toxumlar əvəzinə adi ərzaq buğdasından istifadə edirlər. Bu isə son nəticədə məhsuldarlığın aşağı düşməsinə və gəlirlərin azalmasına səbəb olur.

Nazir bu vəziyyətdən çıxış yolu kimi bir sıra tədbirlərin görülməsini, xüsusilə fermerlər arasında maarifləndirmə işlərinin aparılmasını vacib sayıb. Müşavirdə yeni, məhsuldar taxıl sortları və onların perspektivləri barədə də ətraflı məlumat verilib. Mühüm strateji məhsul olan taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün torpaqdan səmərəli istifadənin zəruriliyi, növbəli əkin sisteminin üstünlükləri, herik şumunun vaxtında və keyfiyyətlə çıxarılmasının vaciblıyi də vurğulanıb.

Elmi-praktik müşavirədə iştirakçıların sualları cavablandırılıb, onlara taxıl əkinlərinin vaxtında, itkisiz biçilməsi və dərmanlanması barədə bilgilər verilib.

Sonra tədbir Qobustan Bölgə Təcrübə Stansiyasının əkin sahələrində davam etdirilib. İştirakçılar yetişdirilən taxıl sortları ilə sahədə tanış olublar. Məlumat verilib ki, təcrübə stansiyasının 254 hektar əkin sahəsində 3 mindən çox taxıl və digər dənli-paxlalı bitki sortu və nümunələri becərilir. Bunun 2500-dən çoxu buğda sortudur. Habelə, 100-dən çox noxud nümunəsi var. Fermerlər “Bezostiya-1”, “Qızıl buğda”, “Aran”, “Qüdrətli-48”, “Dəyanətli”, “Sultan” və digər buğda sortları ilə maraqlanıblar. Bildirilib ki, bu sortlar hər hektar üçün 40-50 sentner potensial məhsuldarlığa malikdir.

Nümayəndələr taxıl biçininin gedişi və yerin şumlanması proseslərini izləyiblər.

Daha sonra nazir Heydər Əsədov Qobustan rayon kənd təsərrüfatı idarəsinin yeni istifadəyə verilən inzibati binasında yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, müasir arxitektura üslubunda tikilən bina üçmərtəbəlidir, 24 otaqda hər cür lazımi iş şəraiti yaradılıb. Nazir Baytarlıq idarəsinə, Dövlət Toxum Müfəttişliyinin diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxıb. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.

Sonra kənd təsərrüfatı texnikalarına sürücülük vəsiqəsinin elektron qaydada verilmə prosesi ilə tanışlıq olub. Məlumat verilib ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız qeydiyyat imtahan məntəqəsi tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.

Daha sonra “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüş olub. Tədbirdə Qobustan, Ağsu, və Şamaxı rayonlarından olan 57 istifadəçiyə lizinqə verilən, ümumilikdə, 2 milyon 166 min 537,2 manat məbləğində 109 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 774 min 24,7 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 40 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəyən istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib. Bildirilib ki, “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olan elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 5895 istifadəçinin lizinqə götürdüyü 13 min 168 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 69 milyon 248 min 588,3 manat məbləğində güzəşt tətbiq edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq