İDMAN
Qurban Qurbanov: Artıq növbəti oyunlarımız haqda düşünəcəyik
![Qurban Qurbanov: Artıq növbəti oyunlarımız haqda düşünəcəyik](/files/2014/2/1200x630/14092920616506732626_1200x630.jpg)
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Avropa Liqası yarışlarının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Hollandiyanın “Tvente” komandası ilə qarşılaşan Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi bildirib ki, müəyyən mənada biz beş il əvvəlki məğlubiyyətimizin əvəzini çıxa bildik. Sadəcə, növbəti mərhələyə adlamaq istəyirdik. Buna da nail olduq. Oyunçularımla fəxr edirəm. Artıq növbəti oyunlarımız haqda düşünürük.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda hesab açılmamışdı. Cavab oyunu isə 1:1 hesabı ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” komandası UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinə vəsiqə qazanıb.