İDMAN
Qurban Qurbanov: Maltanın “Valletta” komandası ilə oyuna çox ciddi hazırlaşmışıq
Bakı, 22 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” futbol komandası Maltanın “Valletta” komandası ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, oyundan əvvəl keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov rəqib haqqında danışıb. Baş məşqçi bildirib ki, rəqib artıq bizə tanışdır. İlk oyundan sonra hansı çatışmazlıqlarımız olduğunu gördük. Bu da normal haldır. İstər-istəməz ilk oyunda oyunçuların hazırlıq səviyyəsi yerində olmur. İlk oyun həyəcanı da öz sözünü dedi. Səfərdən yaxşı nəticə ilə döndük, ancaq cavab oyununa çox ciddi hazırlaşmışıq. Rəqib düşündüyümüzdən də güclü komandadır. Təcrübəli futbolçuları və yeni güclü transferləri vardır.
Qeyd edək ki, oyun saat 21:30-da başlayacaq.