ELM VƏ TƏHSİL
“Refleksiv müəllim” layihəsi çərçivəsində seminarlar davam edir
Bakı, 2 iyun, AZƏRTAC
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən "Refleksiv müəllim" layihəsi çərçivəsində seminarlar davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti seminar 227 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün keçirilib. Görüşdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Hüseynova “Fərhəng Hüseynov” mövzusu üzrə dərs icmalı təqdim edib.
Seminarda təqdim edilən icmal əsasında mətndə istifadə olunan söz və ifadələrin mənasının aydınlaşdırılması, nitq etiketlərindən istifadə, dərsdə istifadə olunan iş formaları və iş üsulları, şagirdlərin qiymətləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. Mütəxəssislər daha təkmil formada dərs icmalı hazırlamaqla bağlı rəy və tövsiyələr veriblər.
Qeyd edək ki, metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” seminarının keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [19:06]
BP ibtidai siniflərin inklüziv tədris bacarıqlarının inkişafına dəstək olub
- 20.05.2024 [18:37]
Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə
- 20.05.2024 [18:18]
“Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının açılışı olub
- 20.05.2024 [18:10]
Qarabağ Universitetinə rektor təyin olunub
- 20.05.2024 [17:21]
“İstehsal, ətraf mühit və bərpa olunan enerji” – seminar
- 20.05.2024 [17:07]
Monitorinq aparılmış bağçaların müdirləri üçün təlim keçirilib
- 20.05.2024 [16:59]