İQTİSADİYYAT
Regionlarda bir sıra yeni tikili və obyektlər istifadəyə verilmişdir
Bakı, 14 aprel (AZƏRTAC). Cari ilin birinci rübündə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni tikili və obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Abşeron rayonunda mebel fabriki və AZMDF zavodu, Samux rayonunda meyvə qurudulması və emalı müəssisəsi, Göyçay rayonunda meyvə və tərəvəz saxlamaq üçün soyuducu anbar, Tovuz rayonunda süd emalı zavodu, Olimpiya İdman Kompleksi tikilmiş, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu, Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu, Kürdəmir-Ucar magistral avtomobil yolu istismara verilmiş, Gəncə şəhərində fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi, Naftalan şəhərində “Çinar Hotel SPA Naftalan” və “Qaşaltı” sanatoriya kompleksləri, ölkənin müxtəlif bölgələrində ümumi sahəsi 319,8 min kvadratmetr olan yeni evlər və 496 yerlik ümumtəhsil məktəbi üçün bina və digər obyektlər istifadəyə verilmişdir.