ELM VƏ TƏHSİL
“Rəqəmsal bacarıqlar” layihəsi 70 min şagirdi əhatə edir
Bakı, 30 oktyabr, AZƏRTAC
Cari tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 6 şəhər və rayonu, 123 məktəbi, 700 müəllimi və 70 min şagirdi əhatə edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun beynəlxalq “Alqoritmika” şirkəti ilə birlikdə həyata keçirdiyi layihəyə 2017-2018-ci tədris ilində 1 şəhər, 45 məktəb, 200 müəllim, 6500 şagird, 2018-2019-cu tədris ilində isə 2 şəhər və rayon, 73 məktəb, 270 müəllim, 26 min şagird cəlb olunub.
Qeyd edək ki, layihə Bakı, Sumqayıt, Mingəçevir, Şamaxı, Gəncə və Biləsuvarda həyata keçirilir. Layihənin məqsədi şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.