Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəşad Mahmudov: RNT tərkibli virusların əmələ gəlib sonradan tamamilə yox olması reallıq deyil

Rəşad Mahmudov: RNT tərkibli virusların əmələ gəlib sonradan tamamilə yox olması reallıq deyil

Bakı, 7 iyul, AZƏRTAC

Son vaxtlar yeni növ koronavirusun (COVID-19) mutasiyaya uğramış növü olan “delta” və “delta+” ştamları sürətlə yayılmaqdadır. “Delta” ştamı qonşu Rusiya, İran, Gürcüstan və Türkiyənin üç vilayətində də qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, professor Rəşad Mahmudov “delta”, - “delta+” ştamları və onların COVID-un mutasiyaya uğramış digər ştamlarından fərqi barədə danışarkən deyib: “Koronavirus RNT virusu olduğuna görə davamlı şəkildə mutasiyaya məruz qalmaq xüsusiyyəti daşıyır. Virusun öz ailəsinə aid, lakin fərqli xüsusiyyətlər daşıyan yeni ştamlarla qarşılaşmaq ehtimalı var. Bu gün “delta” və “delta+” ştamının əslində koronavirusun digər ştamlarından fərqli olub-olmadığının tibbi baxımdan konkret cavabı məlum deyil. Hindistandan başlanılan bu vəziyyət qonşu Rusiyada, xüsusilə son günlər Moskvada yaranan vəziyyət, sutkalıq yoluxma və həyatını itirənlərin sayı dünya səhiyyəsində çox ciddi narahatlıq yaratmağa başlayıb. Son ilyarımda koronavirus pandemiyası başlayandan Rusiya səhiyyəsinin xəstəlik qarşısında üç dəfə büdrədiyi müşahidə edildi. “Delta ştamının qeydə alındığı ölkələr Azərbaycanın yaxın ətrafında və qonşuluqda yerləşdiyindən risk təhlükəsi var. Bəzən bir-iki nəfərin yoluxmasının heç bir qorxusu olmayacağını düşünənlər olur. Lakin unutmaq olmaz ki, Çində bir virusun ortaya çıxması ilə qısa müddət ərzində bütün qitələrə yayıldı və bəşəriyyəti böyük problemlə üz-üzə qoydu. “Delta” ştamı barədə daha sürətlə yoluxma, yayılma, ağırlaşmalarının çoxluğu və müalicəyə tabe olmaması kimi ehtimallar var.

-Həkim, onda “delta” ştamından qorxmalıyıqmı?

- Bütün dünyada pandemiya ləğv olunmayana qədər qorxmaq yox, ehtiyatlı hərəkət etmək məcburiyyətindəyik, çünki dünyada həllini tapmayan fəlakətlə üz-üzəyik. Bu, qeyri-müəyyənlik nəticəsində dünya iqtisadiyyatına, hər bir insanın həyatına sosial və mənəvi cəhətdən böyük bir zərbə vurmuş hadisədir. Ona görə pandemiya ləğv olunana qədər ehtiyatlı olmaq və hər bir fəlakət qarşısında tədbir görmək məsuliyyəti daşımalıyıq.

-“Delta” ştamı bir addımlıqdadır. Ola bilərmi ki, Azərbaycana gəlib çıxmasın?

-Epidemioloji vəziyyətə və müasir dünyanın reallığına nəzər salsaq, gəlib çıxmamaq ehtimalı demək olar ki, yoxdur. Təbii ki, hamımız onun gəlib çıxmamasını arzu edirik. Lakin arzu başqa, reallıq isə tamam başqadır. Gediş-gəlişin, xüsusən yay aylarında çox olduğu bir vaxtda onun gəlməsi ehtimalı çox yüksəkdir. Yeni ştamlar və onun yaratdığı təşvişdən insanlar da yorulub. Keçən il Britaniya ştamı barədə söhbət gedəndə daha çox təlaş keçirirdik. Lakin baş verə biləcək yeni dalğalar qarşısında həyəcan keçirməyə dəyməz. Çünki bu sahədə nikbin olmaq üçün kifayət qədər səbəb var. İlk növbədə, artıq virusa qarşı peyvənd var. İkincisi, ötən illə müqayisədə peyvənd vurduranlarla yanaşı, son bir il, ilyarım ərzində xəstəliyə yoluxmuş və immun sistemi buna cavabdeh olanların sayı çoxdur. Üçüncüsü, xəstəliyin müalicəsi sahəsində səhiyyənin öyrəndiyi xeyli məsələlər var. Əvvəllər çarəsiz kimi görünən ağırlaşma hallarında bu gün tam olmasa da, əvvəlki dövrlə müqayisədə müalicə aparmaq və həmin müalicədən əldə edilən səmərəli nəticələr var. Bütün bunlarla yanaşı, pandemiyanın ilk dövrlərində qeyri-müəyyənlik nəticəsində yaranan həyəcan və təlaşdan fərqli olaraq, insanlar arasında bunu normal qəbul etmək, onunla yanaşı yaşamaq vərdişi də var və əvvəlki qorxu hissi yoxdur. Lakin biz yenə də yeni dalğalar qarşısında ölkənin iqtisadi zərərlə üzləşməməsi, hər bir insanın həyatına və ailəsinə təsir edəcəyi mənfi tendensiya ilə rastlaşmaması, məhdudiyyətlərin yumşaldıldığı, sosial-mədəni həyatda yeni ümidlərin yarandığı bir vaxtda vəziyyətə uyğun addımlar atmaq məcburiyyətindəyik.

-Payız aylarında karantin rejiminin sətləşdiriləcəyi barədə bəzi fikirlər var...

-Belə ehtimallar qarşısında konkret fikir söyləmək qeyri-mümkündür. Keçən il dünyanın bir çox aparıcı ölkələrində, eləcə də Azərbaycanda tətbiq edilən məhdudiyyətlərin əsas səbəbi qeyri-müəyyənlik idi. Ümumiyyətlə hər kəs sosial şəbəkələrdə müəyyən fikirlər yürüdə bilər, amma fikir yürütmək başqa, yazdığının məsuliyyətini daşımaq isə tamam başqadır. Yəni, həmin dövrdə bütün dövlətlər ehtimal olunan təhlükənin qarşısını almaq üçün sərt tədbirlər görməyə məcbur idi. Hesab edirəm ki, əvvəlki ilə müqayisədə hansısa qeyri-adi vəziyyət yaranmadıqca dünya ölkələrinin səhiyyə sistemlərinin qazandığı təcrübə sayəsində sərt karantin rejiminə ehtiyac olmayacaq. Yəni, keçən il məhdudiyyətlərin tətbiq edilməsinə səbəb olan COVID-19-a yoluxma sayı növbəti mərhələlərdə sərt karantinin tətbiqinə səbəb ola bilməz. Hadisəyə xronoloji olaraq yanaşsaq, görərik ki, ötən ilin mart-aprel aylarında sutka ərzində 200-300 nəfərlik yoluxma ölkənin bütün sistemlərinin iflic vəziyyətinə səbəb olmuşdu. Lakin bundan üç ay sonra sutkalıq yoluxma sayı 600-700-ə qalxanda səhiyyə sistemi koronavirusla mübarizəni büdrəmədən davam etdirirdi. Odur ki, növbəti aylarda yoluxma sayı hətta sutkada 10-15 minə qalxsa da, Azərbaycan səhiyyəsinin virusla mübarizədə kifayət qədər təcrübəsi, təsdiqlənmiş planları var. Bütün bunları nəzərə alaraq deyirəm ki, yalnız istisna hallarda sərt qapanmalar tətbiq edilə bilər.

-Həkim, daha neçə il COVID-19-a qarşı mübarizə aparmağa məcbur olacağıq?

-Koronavirus daim mutasiyaya uğrayır və biz onun yeni ştamlarına daim hazır olmalıyıq. Vətəndaşlar bu fikirləri eşitməkdən yorulublar, çünki hər kəsin xoş xəbərlərə ehtiyacı olduğu dövrdə yaşayırıq. Lakin bir həqiqəti qəbul etmək məcburiyyətindəyik. Yəni, RNT tərkibli viruslarının əmələ gəlib sonradan tamamilə yox olması reallıq deyil. Bu, tibbi epidemioloji tarixin məlum həqiqətlərindəndir. Lakin əlbəttə ki, dünya həmişə koronavirusdan bugünkü qədər çəkinməyəcək. Necə ki, yüz il əvvəl 50 milyon insanın həyatını itirməsinə səbəb olan viruslar zaman keçdikcə yaddan çıxdı və heç bir qorxuya səbəb olmadı. İllər keçdikcə COVID-19 da daha az ziyan verərək mövsümü qriplər kimi bizimlə birgə olacaq. Həmin vəziyyətin nə vaxta qədər belə davam edəcəyinin isə dünyanın heç bir ölkəsində, heç bir səhiyyə ekspertində, eləcə də Ümumdünya Səhiyyə Təşkilatında hələ ki cavabı yoxdur.

-İstifadə edilən peyvəndlər yeni ştamlara qarşı nə dərəcədə effektivdir?

-İstifadə edilən peyvəndlərin koronavirusun bütün ştamları qarşısında səmərəli olması ilə bağlı məsələ təkcə vətəndaşların deyil, eləcə də dünya səhiyyə ekspertləri və bu sahə üzrə işləyən institutlar, virusoloq və infeksionistlər üçün müəyyən qədər müəmmalıdır. Lakin qazanılmış təcrübəyə əsasən, eyni ailədən olan mutasiyalar içərisində çox zaman əvvəlki peyvəndlər daha sonra yaranan mutantlara qarşı tam olmasa da, müəyyən qədər effektivliyini saxlayır. Bu mənada COVID-19-la əlaqədar dəqiq söz demək qeyri-mümkündür. Fikrimcə, bir mutanta qarşı 80 faiz effektiv olan peyvənd daha sonra yaranan ştam əleyhinə 70 faiz və yaxud da 90 faiz effektiv ola bilər. Dövlətlər yeni yarana biləcək təhlükələrin qarşısını almaq üçün tədbir həyata keçirmək ehtiyacı hiss edir. Əlimizdə fərqli peyvəndlər yoxdur, eyni zamanda yeni mutantlara qarşı hansı peyvəndlərin daha effektli ola biləcəyi haqda konkret sübuta yetirilmiş məlumata da sahib deyilik. Belə olan halda, əlimizin çatdığı, məntiqin qəbul etdiyi və bizə tövsiyə olunan vaksinləri vurdurmaqla riskləri azalda bilərik. Vaksinasiya sayəsində sağlamlığımızı qorumaqla yanaşı, ölkə səhiyyəsinin gələcəkdə yarana biləcək təhlükəli dalğalardan qorunmasına da töhfə verərik. Çünki peyvənd olunanların olunmayanlarla müqayisədə dəfələrlə az simptomlarla xəstəxanaya düşmək ehtimalı var. Peyvənd olunanlar xəstəxanada yatarkən onların çox az qisminin reanimasiyaya ehtiyacı olur. Üstəlik, onların ölüm riski digərləri ilə müqayisədə 80 faiz daha aşağıdır. Beləliklə, dünya səhiyyə işçiləri pandemiyadan qurtarmaq üçün peyvənddən başqa alternativ yol görmürlər.

-Azərbaycanda “Pfizer” peyvəndini vurdurmaq üçün xeyli növbə var. Bu, həmin peyvəndin ölkəmizdə az olması ilə əlaqəlidir, yoxsa?

-“Pfizer” kimi yeni növ vaksinlərin soyuq zəncirləmə sistemində təhlükəsizliyi mütləq yüksək səviyyədə təmin edilməlidir. Həmin peyvənd -76 dərəcəli soyuq zəncir içərisində saxlanılmalıdır. “Pfizer” hazırda ölkə üzrə cəmi iki mərkəzdə tətbiq olunsa da, gələcəkdə həmin mərkəzlərin sayının artırılması nəzərdə tutulur. Məlumdur ki, vətəndaşlar ölkədə istifadə edilən dörd peyvənd çeşidindən istədiyini seçə bilərlər. Sutka ərzində təxminən 70 min doza vaksin vurulması vətəndaşların peyvəndlənməyə qarşı müsbət münasibətinin və dövlətin bu işə ayırdığı diqqətin nəticəsidir. Ümid etməyə dəyər ki, yoluxanların təbii şəkildə immunitet qazanması və peyvəndləmə nəticəsində gələcəyə daha qorxusuz və inamla addımlamaq olar.

-Hazırda vətəndaşların üzərinə düşən vəzifələr nədən ibarətdir?

-Birmənalı olaraq tövsiyə edirəm ki, qorxma, çəkinməyə heç bir ehtiyac yoxdur. Bu gün koronavirus təhlükəli virus kimi qarşıya çıxsa da, nəzərə almaq lazımdır ki, dünya səhiyyəsi dəfələrlə ağır xəstəliklərlə mübarizədə uğur qazanıb. Dünyada koronavirusdan daha təhlükəli xəstəliklər var. Məsələn, Azərbaycanda bir il ərzində təzyiqin yüksəlməsi nəticəsində həyatını itirənlər koronavirusdan ölənlərin sayından, bəlkə də, 5-10 dəfə çoxdur. Çəkinmədən, ehtiyat etmədən, lazımsız məlumatları bir kənara atıb dövlətin və aidiyyəti qurumların, inanılmış səhiyyə ekspertlərinin verdiyi tövsiyələrinə uyğun addımlar atmaqla daha sağlam və təhlükəsiz yaşaya bilərik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib